“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Mьəllif: admin1
Tarix: 2-04-2018, 13:31
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Əmirəl-mömininin (ə) üstün sifətlərindən biri – Allahın təqdirinə razı olub, səbir etmək olmuşdur. Ümumi şəkildə deyə bilərik ki, İmam Əlinin (ə) üç üstün sifəti olmuşdur:

1. İmanı güclüdür.

2. Allahdan hər bir halda razıdır.

3. Sabirdir.

Mərhum Feyz Kaşani “Safi” təfsirində yazır: “Hər kim haqla olar, şübhəsiz ki, səbirli də olar”.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Əgər siz Əlininin (ə) məmunusuzsa (imama iqtida edən), Əli (ə) də sizin imamınızdırsa – gərək siz də onun kimi haqqa razı olasınız”.

Biz də gərək gündəlik həyatımız barəsində düşünüb, baxmalıyıq ki, rəftar və əməllərimizi Haqqa görə yerinə yetiririk, yoxsa yox? Bu razılıq ancaq zehnimizdə olmalı deyildir, əslində zehindən başlayaraq əmələ qədər hərəkət etməlidir.

Görəsən Peyğəmbərin (s) İmam Əli (ə) ilə bağlı bu kəlamlarını biz də həyata keçirə bilərikmi? Biz də haqq dairəsində qərar tuta bilərikmi?

Həzrət Peyğəmbər (s) Qədir-Xum xütbəsində İmam Əliyə (ə) işarə edərək buyurur: “Allaha and olsun ki, “Əsr” surəsi onun barəsindədir”. (Sonra “Əsr” surəsini oxuyur).

“Bağışlayan və mehriban Allahın adı ilə. And olsun əsr vaxtına ki, şübhəsiz, insan ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”.

Həzrət Peyğəmbər (s) bu sözlərin ardınca buyurur: “Əlidən (ə) başqa ki, iman gətirmişdir və düzlük və səbirlə bəzənmişdir”.

Allah bizləri də saleh və imanlı insanların zümrəsindən qərar versin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930