Dünyanın bütün psixoloqları bircə həqiqi səcdənin aramlığını verə bilməz...
Mьəllif: admin1
Tarix: 1-04-2018, 17:55
Dünyanın bütün psixoloqları bircə həqiqi səcdənin aramlığını verə bilməz...
Bunu etiraf etmək lazımdır ki, əgər dünyanın bütün psixologiya üzrə mütəxəssis olan alimləri və doktor səviyyəsinə çatan həkimləri bir yerə yığışsalar ki, insana hüzur hissini versinlər – onların verdiyi bu rahatlıq və hüzur həqiqi bir səcdədən əldə olunan hüzur qədərində ola bilməz.

Səcdəgah – aramgahdır və hüzuru öyrədən ən böyük məktəbdir. Ruhun bütün qərarsızlıqları və narahatlıqları bu böyük məktəbdə müalicə olunar və aradan gedər. Səcdəgah – kiçik bir evdir ki, orada rəhmət mehi əsməyə başlayar. Ardınca isə rahatlıq və hüzur gətirər.

Psixoloqlar deyir ki, sizə rahatlıq verən səhnələri təsəvvür edin və baxın görün necə dəyişəcəksiniz. Amma axı bu aram səhnələri təsəvvür etmək hara, onu vücudən yaşamaq hara?

Allah Təala həyatımızın bu böyük rahatlıq yolunu bizə öyrətmiş və onu səcdəgahda görmüşdür. Bu səcdə elə olmalıdır ki, sanki dünyadan ayrılmısınız və Allahdan qeyrisini düşünmürsünüz. Zikrlər edin və Allahdan yardım istəyin.

Muhəmməd ibn Təlhə Şafii «Mətalibul-səuul» kitabında nəql edir: “Əli ibn Hüseyn (ə) öz otağında namaz qılmaqla məşğul idi və səcdə halında olarkən otaqda yanğın baş verdi.

Evdə olanlar fəryad qoparıb: «Ey Allahın Peyğəmbərinin balası, ey Allahın Peyğəmbərinin balası, od, od!» deyirdilər. Amma Həzrət (ə) səcdə halında qalmaqda idi və nəhayət od söndü. Sonra ona dedilər: «Oda əhəmiyyət verməməyinizin səbəbi nə idi?». Buyurdu: «Axirət odu»”.

İmam Əli (ə) buyurub: «Bəndəni heç nə çoxlu səcdələr və rükular qədər pak olan Allaha yaxınlaşdırmaz».

İmam Sadiq (ə), Səid ibn Yəsarın «Rüku halında dua edim ya səcdə halında?» sualına cavabında buyurmuşdur: «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı – səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et».




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930