Uşaqları onlarda olan bu xüsusiyyətlərinə görə cox sevirəm - Hz. Peyğəmbər (s)
Mьəllif: admin1
Tarix: 10-03-2023, 21:24
Uşaqları onlarda olan bu xüsusiyyətlərinə görə cox sevirəm - Hz. Peyğəmbər (s)
İnsan dünyaya gələrkən pak, günahsız olur. Körpə olarkən gülüşü, hətta ağlamağı belə insana şirin, xoş təsir bağışlayır. Çünki onun nə gülüşünün, nə də ağlamağının arxasında heç bir xəbis niyyət durmur. Özü pak və günahsız olduğu kimi niyyəti də pakdır.

Həzrət peyğəmbər (s) buyurub ki, hər bir insan dünyaya gələndə pak fitrətdə gəlir, sonradan valideynləri və ya mühüt onları müxtəlif əqidələrə, müxtəlif düşüncələrə gətirib çıxarır. Yəni o günahsız, saf insan övladı böyüdükcə dünyaya bağlanır və bu bağlılığ onu Allahından, öz insanlığından uzaqlaşdırır.

Bu səbəblə Peyğəmbər (s) buyurub ki, “mən uşaqlarda 5 xisləti çox sevirəm”. Allah Rəsulu (s) bu beş xisləti saymaqla sanki, böyüklərə onların körpəlik, saflıq dövrünü xatırladır və onları ibrət alıb əvvəlki saflığa, paklığa çağırır.

Peyğəmbər (s) buyurub: “Mən uşaqlarda 5 xisləti çox sevirəm:

1-Onlar çox ağlayarlar

(Yəni insanın ağlamağı onun qəlbini kövrəldir, yumşaldır. Qəlbi kövrək insan başqalarına zülm etməz)

2- Torpaqla oynayarlar

(Yəni torpaqla yalnız oynayarlar. Daha böyüklər kimi torpaq üçün qan tökməzlər. )

3- Savaşdıqlarında kin saxlamazlar.

(Yəni kaş böyüklərdə belə ola. Kin-küdürət nə qədər düşmənçiliyə, müharibə və savaşlara, ölümlərə səbəb olub)

4- Sabah üçün bir şey yığıb saxlamazlar.

(Yəni böyüklər kimi dünyaya beş-əllə sarılmazlar)

5- Düzəldərlər, sonra vurub dağıdarlar.

(Yəni düzətdilkərinə qəlbən bağlanmazlar. Kaş böyüklər də dünyaya, əşyalara bu qədər bağlı olmayalar. Hər hansı bir əşya üçün bir-birini təhqir etməyəydilər). (Məvaizul-ədədiyyə 289)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930