Mömin gərək diqqətli olub, bu xislətlərə sahib olsun – İmam Cavadın (ə) nəsihəti
Mьəllif: admin1
Tarix: 30-03-2018, 09:46
Mömin gərək diqqətli olub, bu xislətlərə sahib olsun – İmam Cavadın (ə) nəsihəti
İmamiyyə əqidəsinə əsasən Allahın yer üzündəki xəlifəsi (nümayəndəsi) məsum və günahsız olmalıdır, həmçinin bütün elmlərdən və camaatın xəbərsiz oldugu gizliliklərdən xəbərdar olmalıdır.

Bu ilahi xəlifələr insanları hər növ yanlışlıqdan və səhvdən çəkindirməli, insanların dünya və axirət ehtiyaclarını və bu barədə olan suallarını cavablandırmalıdır. Ba da yalnız xüsusi ilahi elm vasitəsi ilə mümkündür.

Bütün peyğəmbər (ə) və imamların (ə) elmi, onlara Allah tərəfindən verilmiş xüsusi bir elmdir. Çünki peyğəmbərlərin vəzifəsi vəhyi çatdırmaq və onu izah etmək, imamətin (ə) vəzifəsi isə sonuncu vəhyi və ilahi dini təhrifdən qorumaqdır. Təbii ki, istəyənlər üçün!

İmam Cavad (ə) imamətin 9-cu parlayan günəşidir. Bütün peyğəmbər və imamlar kimi İmam Cavad (ə) da, insanlara, Allahdan hidayət istəyənlərə dəyərli tövsiyələr və hikmətli kəlamlar bəxş edib.

İmam (ə) bir kəlamında möminin diqqət etməli olduğu, ehtiyacı olduğu, onu mənəvi paklığa götürəcək bir mətləbə toxunaraq buyurur:

Mömin üç xislətə ehtiyaclıdır:

1. Allahdan gələn tofiq və inayətə.

İlahi tofiq elə bir lütfdür ki, bu lütf olmadan insanın hidayəti, doğru yolu tapması qeyri mümkündür. Amma bu nemətə qovuşmaq üçün ilk öncə insan diqqətli olmalıdır.

Allaha və paklığa, bütün əməl və niyyətinə diqqətli olmalıdır. Yanlız bu diqət və müsbət səyləri nəticəsində Mütəal Allah ona tofiq inayət edər, o da bu lütf sayəsində mənəvi paklığa və yüksəlişə nail olar.

2. Daxilində onu danlayacaq nəfsə (vicdana).

İnsan hər an vicdanı ilə danışmalıdır. Onu ölməyə, susmağa qoymamalıdır. Vicdan elə bir hissdir ki, harda nə etməli olduğunu, gətirdiyi bəhanələrin hardan qaynaqlandığını insana bildirir.

İnsan həqiqətən vicdanı ilə üz-üzə aldıqda hər şeyi, özünü çox yaxşı görür. İnsanın özü-özünü hesaba çəkmək üçün vicdanı demək olar ki, ona kifayət edir. İnsan yalnız,ağıl və vicdanın cilavunu hisslərin ixtiyarına verdikdə yanlışlığa və həlakətə düçar olur.

3. Ona nəsihət edənin nəsihətini eşitməyə.


Möminin nəsihət eşitməsi, nəsihət dinləməsi də çox önəmli məsələlərdəndir. Amma rahatçılıqla nəsihət dinləmək çox ağırdır.

Bu işə hazır olmaq üçün ilk öncə niyyətin paklanması və vicdanın dilə gəlməsi çox mühümdür. Mənəvi paklığ əldə etdikdən və vicdanın hisslərin girovundan azad etdikdən sonra insan nəsihəti rahatlıqla qəbul edə bilir.

Nəsihəti qəbul etmək üçün onun ağlı, qəlbi, vicdanı hisslərinin və nəfsinin girovundan azad olur. O, nəfsin müdaxiləsi olmadan azad düşünüb, vicdanlı qərar verə bilir. Əsl azadlıq budur! Vicdanını nəfsinin girovundan azad etməsi!
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930