Bu ayda 1 gün oruc tutan, özündən atəşi 100 000 il uzaqlaşdırar
Mьəllif: admin1
Tarix: 29-03-2018, 10:06
Bu ayda 1 gün oruc tutan, özündən atəşi 100 000 il uzaqlaşdırar
İlin elə ayları vardır ki, Allahın bəndələrinə olan rəhmət və bəxşişi ikiqat artır. İnsan İlahi məğfirətə qərq olur. Bu aylardan biri də Rəcəb ayıdır.

Varlıq aləmində elə sirlər gizlənmişdir ki, bizim üçün hələ də aydın deyildir. Bu sirlərdən biri də Rəcəb ayında Allahın bəndələrinə qarşı olan xüsusi inayətidir.

Bəs Rəcəb ayının xüsusi hədiyyələri hansılardır?

1. Cəhənnəmdən nicat tapıb behiştə daxil olmaq şansı. Hədislərimiz bizə tövsiyə edir ki, bu ayda bacardığımız qədər oruc tutaq və Allahdan bağışlanma istəyək.

Yaxşı işlər görək və insanlara xidmət edək ki, bu əməllər məhz bu ayda ikiqat həsənəyə malikdir.

Həzrət Peyğəmbər (s) buyurur: “Rəcəb ayı – Allahın aylar arasında seçdiyidir. O, Allahın ayıdır. Hər kim Rəcəb ayını böyük hesab edər – Allahın əmrini böyük tutmuş olar. Hər kim Allahın əmrini böyük tutar – (Allah) onu bol nemətli behiştə daxil edər və Özünün böyük razılığını onun üçün vacib edər”.

İmam Kazım (ə) buyurur: “Hər kim Rəcəb ayında bir gün oruc tutar – cəhənnəm atəşi ondan yüz min il uzaqlaşar. Hər kim üç gün oruc tutar – behişt onun üçün vacib olar”.

2. Həsənələrin artması və günahların bağışlanması. Bu ayda bəndəlik və ibadət etməyin savabı başqa aylardan daha çoxdur. Hədislərimiz buyurur ki, insanın etdiyi yaxşı əməllərin savabı bir neçə qat artar.

Əgər tövbə etsən, Allah günahlarını məhv edər. İmam Kazım (ə) buyurur: “Rəcəb – əzəmətli aydır ki, Allah onda həsənələri bir neçə qat edər və günahlar onda məhv olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930