Üçaylıq mənəvi səfərdə gözə, dilə, qulağa, ürəyə qoyulan gözətçi
Mьəllif: admin1
Tarix: 28-03-2018, 12:34
Üçaylıq mənəvi səfərdə gözə, dilə, qulağa, ürəyə qoyulan gözətçi
Rəcəb, Şəban və Ramazan ayları elə bir fürsətlərdir ki, insan təqva mələkəsi əldə edə bilər. Bu aylarda əgər dilinə və bütün bədən üzlvərinə nəzarət etsə gözünə, qulağına, dilinə və hətta ürəyinə qapı və gözətçi qoya bilər. Özünü kontrol edə bilər. Hətta xəyalların, vəsvəsələrin onun batininə yol açmasına mane ola bilər.

Lakin bu məqama çatmaq elə də asan deyildir. İlahi rəhmət yağışı bu yolu hamar etmişdir, orada olan maneələri aradan qaldırmışdır.

Ona görə də tövsiyə olunur ki, İlahi rəhmətin yağdığı bu ayda insan elə bir məqama çata bilər ki, başqa aylarda onu etməsi mümkünsüzdür.

Bu üç mübarək ayda yüz il gedə bilmədiyi yolu bir gündə qət edə bilər. Bir şərtlə ki, bu İlahi rəhmətin üzərinə yağmasına imkan yaradar.

Allah Təala Qüdsi hədisdə buyurur: “Yerlə göy məni əhatə edə bilməz, ancaq mömin bəndənin ürəyi - Mənim yerimdir”.

Mərifət əhli üçün ən böyük günah odur ki, insan ürəyinə Allahdan qeyrisini salar. Bu, bir növ qəsbdir. Ariflərin və saliklərin nəzərinə görə, ən böyük günahdır.

Rəcəb, Şəban və Ramazan ayları təqvanın təmrin edilməsi üçün ən yaxşı fürsətdir. Qəlbi hər cür qabar və qəsavətdən pak etməyin fürsətidir.

Hər bir insan öz evinə qapı düzəldər və üzərinə də möhkəm qıfıl vurar. Açarı başqalarına verməz ki, məbada evini qəsb edərlər.

Lakin ürəyinin girişini açıq qoymuşdur. Hər bir qəribə və yoldan keçən oraya rahatıqla daxil ola bilir. Dini və əxlaqi mərifətlərini məhv edir.

Halbuki ürəyinə də qapı düzəltsə və orada Allahdan qeyrisini buraxmasa ürəyi qəsb olunmaz.

Ona görə də bu mübarək aylarda həm özünüzdən və həm də ailə üzvlərinizdən bəzi şeyləri istəyin. Bu aylarda yersiz söz danışmayacaqsınız.

Qeybət etməyəcəksiniz, töhmət vurmayacasınız, şayiə yaymayacaqsınız, boş işlərlə məşğul olmayacaqsınız. Bütün bu deyilənlər ürəyi öldürər.

Ürək ölən zaman Allaha ibadət etməz və bu şövq onda olmaz. Allah möminlərin sifətlərini sayan zaman buyurur: “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər”. (“Muminun” 1-3).

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah! Məni moizə et”. Buyurur: “Dilinə nəzarət et”. Yenə deyir: “Məni moizə et”. Buyurur: “Dilinə nəzarət et”.

Yersiz sözlər insana qəbri əzabı gətirər. Lakin qeybətin, töhmətin hesabı başqadır. Hər bir yerdə deyilən yalanlar: bazarda, iş yerində, ailədə ibadətin dəyərini aradan aparar. Ona görə də bu mübarək aylarda dilimizə nəzarəti ikiqat artıraq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930