Cənnətə varis olanların xüsusiyyətləri
Mьəllif: admin1
Tarix: 28-03-2018, 12:24
Cənnətə varis olanların xüsusiyyətləri
“Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).

O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.

Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar. Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.

Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar – İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.

Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.

Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.

Onlardır varislər!

Uca cənnətə varis olanlar (şəxsi malları kimi cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər”. (“Muminun” 1-11).

1. Həqiqi mömin o kəsdir ki, namazlarında mütidirlər. Əslində müti olmaq – onların həqiqi nişanələrindən hesab olunur. Onlar namazda Allahdan qeyrisinə diqqət etməzlər.

2. Möminlər üçün bəyan olunan ikinci sifət odur ki, onlar hər bir yersiz işdən çəkinərlər və günah məclislərindən uzaq olarlar. Onların həyatdakı hədəfi odur ki, Allaha gedən yolda ona nə yardım edirsə, onun ipindən yapışsınlar.

3. Möminlərin üçüncü sifəti maddi haqlarına işarə edir və buyurur ki, onlar zəkatlarını ödəyən insanlardırlar.

4. Bu möminlərin dördüncü sifəti – iffətlilikdir və izzətli olmaqlarıdır. Onlar güclü iradəyə və təqvaya malik olduqları üçün, şəhvətlərini kontrol altında saxlaya bilirlər.

5. Onlar əmanətə xüsusi diqqət edər və verdikləri sözü yerinə yetirərlər.

6. Namazlarına xüsusi diqqət edər və onu vaxtında, qəlb hüzuru ilə yerinə yetirərlər.

Bəli, məhz bu sufətlərə malik olan möminləri cənnətin uca məqamı gözləyir.

Allah bizləri də o həqiqi möminlərdən qərar versin! Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031