Müqəddəs ziyarətgahların insana təsiri və ziyarətin qəbul olma əlaməti – Ayətullah Bəşir Nəcəfi
Mьəllif: admin1
Tarix: 27-03-2018, 10:43
Müqəddəs ziyarətgahların insana təsiri və ziyarətin qəbul olma əlaməti – Ayətullah Bəşir Nəcəfi
Ayətullah Bəşir Nəcəfi, Allah Rəsulunun (s) bizim aramızda qoyub getdiyi iki ağır əmanət olan Quran və Əhli-Beytin (ə) insan həyatına və onun mənəvi yüksəlişinə işarə edərək buyurub:

“Bizə yetişib ki (mənbələrdən), Mütəal Allahın buyurduğu işlərdə “iki ağır əmanətə” möhkəm yapışaq.

Bunlar ikisi (Quran və Əhli-Beyt (ə)) bizi Allahın rizasına qovuşdurur.

Mömin gərək, İslamın buyurduğu bütün həqiqi sifət və xislətləri özündə cilvələndirsin. Həmçinin bununla bərabər Əhli-Beytin (ə) yolunu tutub, bu yol ilə həqiqətə doğru irəliləsin.

Bununla da Əhli-Beytin (ə) bizə öyrətdiyi yolun və şəriətin peredmeti (nümunəsi) olsun.”

Həmçinin Ayətullah Bəşir Nəcəfi Əhli-Beytin (ə) müqəddəs hərəmlərinin ziyarət olunmasının əhəmiyyətinə, bu kimi ziyarətlərimizin ictimai davranışlarımızda qoyduğu təsirə və ziyarətin qəbul olma göstəricilərinə toğunaraq buyurub:

“Müqəddəs hərəmlərin (məkanların) ziyarətlərinin qəbul olma əlamətləri, insanın fərdi-mənəvi yüksəlişi və müsbətə doğru dəyişməsidir. Həmçinin onun günahlardan, pis əməllərdən çəkinməsidir.”



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031