İslamda qılınan ilk camaat namazı
Mьəllif: admin1
Tarix: 26-03-2018, 10:36
İslamda qılınan ilk camaat namazı
İslam dinin həm vacib buyurduğu, həm tövsiyə etdiyi bütün əməlləri fərdi xarakter daşıdığı kimi, ictimai yönə də malikdir.

Hər bir müsəlman bir fərd olaraq öz fərdi ibadətləri ilə yanaşı camaatla birgə tövsiyə edilmiş ibadətlərə də diqqət etməlidir.

Çünki fərdi ibadətlər bir fərdin islahına xidmət etdiyi kimi, cəm şəklində icra olunan əməllərin də cəmiyyətin islahında müstəsna rola malikdir.

Bu kimi, cəmiyyətlə icra olunan əməllərdən biri də camaat namazlarıdır ki, İslam fəqihləri bunu təkidlə tövsiyə etmişlər.

Çünki bu kimi namazlar insanlar arasında vəhdəti, dostluğu, ünsiyyəti qoruyur. Yaxud İmam Həsənin (ə) buyurduğu kimi ən azı insana yeni qardaşlar qazandırır.

İnsanlar nə qədər bir-birlərini tanısalar və yaxın ünsiyətdə olsalar, bir o qədər bir-birlərinin halından agah olar və əllərindən gəldiyi qədər yardınmçı olarlar.

Bu da o deməkdir ki, İslamın bütün ayin və əməlləri kimi camaat namazlarıda insanlığa və cəmiyyətə xidmət üçündür.

Rəcəb ayı ilahi bərəkək və rəhmətlə dolu olduğu kimi ilk camaat namazı da bu ayın payına düşür.

Tarixi mənbələrdə imam Sadiqdən (ə) nəql olunan bir hədisdə ilk camaat namazını iki şəxsin Allah Rəsulu (s) və İmam Əlinin (ə) icra etdiyi bildirilir. Şeyx Səduq öz Məali əsərində ( səh. 508 ) Həzrət imam Sadiq(ə) dan rəvayət gətirirki, İmam(ə) buyurur:

“İlk camaat namazını Allah rəsulu (s) Həzrəti Əli (ə) ilə qılıb. Həmən birinci qılınan namaz vaxtı Həzrəti Əbu Talib (ə) oğlu Cəfərlə ordan keçirdi.

Həzrəti Əli (ə) peyğəmbərin(s) sağ tərəfində namaz qılırdı. Əbu Talib (ə) oğlu Cəfərə dedi: Get səndə əmin öğlunun yanında namaz qıl! Cəfərdə onlarla namaz qıldı.

Peyğəmbər (s) onların ikisinin önündə dayanmışdı. Bunu görən Əbu Talib (ə) hətta onlara bir şerdə qoşdu.” (Şeyx Səduq öz Məali)



(İslamınSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031