Dünyada ən sərfəli ticarət
Mьəllif: admin1
Tarix: 24-03-2018, 12:09
Dünyada ən sərfəli ticarət
Dünya - bazardır və insanlar ticarət edən və satıcıdırlar. Alıcı isə Allah Təaladır. Ticarətdə söhbət candan və maldan gedir və ticarətin qazancı - behiştdir. Əgər Allaha satsalar, başdan-ayağa fayda edərlər. Əgər başqasına satsalar ziyana uğrayarlar.

“Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər).

(Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!”. (“Tövbə” 111).

Allahla ticarət etməyin bir çox imtiyazları vardır:

1. Bizim özümüz də, malımız da Ondandır. Layiqli deyildir ki, Ondan başqasına verək.

2. Allah ən azı belə alır.

3. Eybləri islah edər və rüsvay etməz.

4. Behişt qiymətinə alar.

İmam Sadiq (ə) buyurur: “Sizin bədənləriniz üçün behiştdən savayı qiymət yoxdur. Ona görə də özünüzü behiştdən azına satmayın”.

Əgər Allah kimi alıcımız varsa, niyə başqasının sorağına gedək ki?

Allah ancaq möminlərlə ticarət edər, kafir və münafiqlərlə deyil.

Allahla ticarətdə fayda əldə etmək qəti və yəqindir.

Cihad edənlər və şəhidlər ancaq İslam dininə aid deyildir. Tövrat və İncildə də bəyan edilmişdir. Əgər bu gün o kitablarda yoxdursa, səbəbi budur ki, dəyişdirilmişdir.

Bizim Allah üzərində haqqımız yoxdur, ancaq Allah bizim üçün öz üzərinə haqq qoymuşdur.

Ticarət elə bir əqddir ki, ona əməl edilməsi vacibdir.

Ən üstün xilasolan o kəsdir ki, Allahla ticarət edər.



/Deyerler.org/




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930