İblisi qışqırdıb-ağladan əməllər
Mьəllif: admin1
Tarix: 23-03-2018, 21:08
İblisi qışqırdıb-ağladan əməllər
İblis (lən) bəzi işlərdən sevinər, bəzilərindən narahat olar, ancaq bəzilərində o qədər əziyyət çəkər ki, göz yaşı tökməkdən başqa çarəsi olmaz. Bu məlun bir neçə yerdə ağlayar:

1. O zaman ki, bir mömin başqa möminlə görüşər. Bu zaman İblis o qədər narahat olar ki, ağlayıb deyər: “Vay olsun mənə, bu ikisi bir-birindən ayrılmamış, Allah hər ikisini bağışlayar. Behiştinə daxil edər və mənim zəhmətim hədər gedəcəkdir”.

Tarixdə oxuyuruq ki, o kəs ki, ilk salamı vermişdi, şeytanı ağlatmışdı. Bu Həzrət Adəm (ə) idi. O zaman ki, Allah ona ruhundan üfürür, o, mələklərə salam verir.

Onlar da salamın cavabını verirlər. Allah ona xitab edir: “Bu sənin övladların arasında Qiyamət gününə qədər sünnət oldu”. Şeytan da bu əməldən ağlamışdı.

2. O kəs ki, Allah rizası üçün evlənər. Bu zaman şeytan narahat olub ağlayar. Deyər: “Vay olsun mənə, bu bəndə Allah rizası və nəslini davam etdirmək üçün və “Lə İləhə İlləllah” deyənlərin sayını artırmaq üçün evlənir, qüsl alır və pak olub Allahın əmrinə itaət edir. Allah da onları bağışlayır və günahlarını əfv edir”.

3. O kəs ki, asqırandan sonra deyər: “Əlhəmdulilləhi Rabbil-aləmin!”. Şeytan narahatlığından ağlayar. Həmçinin ilk asqırıb bu zikri deyən insan – Həzrət Adəm (ə) olmuşdur.

4. İmam Sadiq (ə) buyurur: “O zaman ki, insan Allah Təala qarşısında səcdə edər və onu uzadar, şeytan narahat olduğu üçün fəryad çəkər və qırağa çəkilib ağlayar.

Deyər: “Vay olsun mənə, bu Allah bəndəsi necə də Allaha itaət edir və Onun qarşısında torpağa düşüb. Halbuki, mən günah işlətdim və Adəmə (ə) səcdə etmədim””.

Allah Təala bizləri iblisi ağladanlardan qərar versin.


/Deyerler/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930