Allah insanı necə ziyarət edə bilər ki?
Mьəllif: admin1
Tarix: 23-03-2018, 21:06
Allah insanı necə ziyarət edə bilər ki?
Bəzi hədislər bizə həccin savablarını bəyan edir.

O cümlədən İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: “Hər kim 50 dəfə həcci yerinə yetirər, o kəs kimi olar ki, 50 həcci Həzrət Muhəmməd (s) və övsilarla (ə) bir yerdə yerinə yetirmişdir.

O kəslərdən olar ki, Allah Təala onu hər cümə günü ziyarət edər. Onu ədəni behiştinə daxil edər ki, Allah öz əlləri ilə onu xəlq etmişdir.

Heç bir göz onu görməmiş və heç bir məxluq ondan xəbərdar olmamışdır. Hər kim həcci çox yerinə yetirərsə, Allah yerinə yetirdiyi hər həccin qarşısında behiştdə onun üçün şəhər inşa edər.

Orada otaqlar olar və hər bir otaqda hureleyn olar və hər bir hureleynlə bir yerdə 300 kəniz olar. Onlar o qədər gözəldirlər ki, indiyə qədər heç bir insan onlar kimi gözəlini görməmişdir”.

Belə ki, bu hədisdə oxuyuruq ki, Allah insanın ziyarətinə gələr. Əlbəttə də ki, bu sözün bir rəmz olduğunu hamımız başa düşürük.

Çünki buna bənzər ayələrimz də vardır, misal üçün: “Sonra taxt(ın)a hakim oldu (söykəndi)”. (Əraf” 54).

“Göyləri, yeri və onların arasında olanları altı gündə (altı gündüzdə, yaxud altı gecə-gündüzdə, yaxud da altı mərhələdə) yaradan, sonra yaradılmışlar üzərində hakimiyyət taxtında qərar tutan(ın)! (O,) Rəhman (olan Allah)dır”. (“Furqan” 54).

Bu ayələrdən göründüyü kimi Allahın taxtına söykənməsi bir rəmzdir.

Ona görə də bu hədisdə Allahın insanı ziyarət etməsində məqsəd odur ki, Allah ona xüsusi nəzər salaq və xüsusi diqqət edər. Öz xüsusi rəhmət və bərəkətlərini ona nazil edər.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930