2000 il yaşayan peyğəmbərin (ə) ömür barədə təəssüratı necə idi?
Mьəllif: admin1
Tarix: 23-03-2018, 10:22
2000 il yaşayan peyğəmbərin (ə) ömür barədə təəssüratı necə idi?
Keçmiş həyatına bir nəzər sal, bax gör neçə yaşın vardır?

Nə qədər olsa da, hamısı sənin üçün bir anlıq səhnə kimi görünər. Ölüm bütün bu səhnələrin üzərindən xətt çəkər və səni yeni səhnələr görməkdən məhrum edər. Bütün bunlar dünyadan ibrət almaq üçün kifayət deyildirmi?

Həzrət Peyğəmbər (s) buyurur: “Dünyada bir qərib kimi yaşa və özünü qəbir əhlindən hesab et!”.

Əmirəl-möminin (ə) buyurur: “Ey insanlar! Dünya keçici ev, axirət isə sabitlik məkanıdır. Keçid yerinizdən qalacağınız yer üçün azuqə toplayın”.

Deyilənə görə Həzrət Nuh (ə) 2 min ilə qədər ömür sürmüşdür. Cəbrayil (ə) ona deyir: “Ey o kəs ki, peyğəmbərlərin (ə) içində ən uzun ömrə maliksən, dünyanı necə görmüsən?”.

Həzrət Nuh (ə) cavab verir: “İki qapısı olan ev kimi. Birindən daxil olursan və o birisindən xaric olursan”.

Həzrət İsa (ə) buyurur: “Dünya bir keçiddir ki, ondan keçin, abad etməyin”.




(Deyerler)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930