Uşağı tənbeh edərkən gərək bu göstərişlərə diqqət oluna
Mьəllif: admin1
Tarix: 21-03-2022, 22:04
Uşağı tənbeh edərkən gərək bu göstərişlərə diqqət oluna
1. Lazım deyil ki, tənbeh həmişə dil ilə ola, hərdən bir baxış və ya etinasızlıq belə, uşağa öz təsirini göstərə bilər.

2. Tənbeh etməzdən öncə gərək maraqlanıb pis iş görməyə bais olan amili taparaq aradan qaldırasan ki, uşağın o işi görməyinə bir daha şərait yaranmasın.

3. Gərək tənbehdən tərbiyə üsulunda ən axırıncı vasitə kimi istifadə oluna. Belə ki, uşağı tənbeh etmə olduqca məsuliyyətli işdir və gərəkdir ki, bu işdə olduqca dəqiq və ehtiyatlı olasan. Məxsusən fiziki tənbehdə. Çox yaxşı olar ki, bu üsuldan olduqca az istifadə oluna.

4. Səy etmək lazımdır ki, özgələrin yanında tənbeh edilməyə. Ələlxüsus, bu iş gərək onun dostları qarşısında görülməyə. Çünki bu cür tənbeh uşağın qəlbini qırıb bərk narahat edər, nəticədə isə bu iş artıq onun sözə baxmamazlığına səbəb ola bilər.

5. Tənbeh edərkən gərək uşağın gördüyü pis iş məzəmmətlənə nəinki uşağın özü. Məsələn: Əgər uşaq hansısa bir xoşagəlməz iş görübsə, gərək -“Sənin bu işin çox pis işdir”- deyilə. Nəinki –“sən çox pis uşaqsan!”

6. Valideynin tənbeh etməyi böyük övladına tapşırmağı düzgün iş deyil. Belə ki, bu iş övladlar arasında düşmənçiliyə səbəb ola bilər.

7. Tənbehdə gərək ifrata varmayasan. Çünki tənbeh bu surətdə öz təsirini itirəcək.

8. Uşaq guya ibrət götürsün deyə başqalarının yaxşı cəhətlərini onun üçün deyə sadalamaq ‒ məsələn: ‒ Sən bu pis işi gördün, amma qardaşın heç vaxt bu işi görməz, çünki o sənin kimi deyil, sözə baxandır, ‒ demək əsas etibarı ilə faydalı nəticələr verməyib, əvəzində bu uşaqda o biri övladlara qarşı paxıllıq yaranacaqdır.

9. Tənbeh zamanı yaxşı olar ki, bir-başa və açıq şəkildə uşağın törətdiyi xəta və eyblərini bəyan etməkdən çəkinəsən. Heç olmasa, mümkündürsə, mətləb işarə ilə və üstü örtülü şəkildə uşağa çatdırıla.

10. Tənbeh zamanı sözsüz ki, gərək uşağa nə səbəbə tənbeh olunduğu bildirilə ki, uşaq səhvini başa düşərək sair hallarda artıq o əməldən çəkinə.
Ümumiyyətlə, qeyd etdiyimiz bütün sahələrdə uşağın nə səbəbə danlandığının səbəbini anlaması olduqca zəruridir. Eləcə də böyükləri və tərbiyəçilərinin ondan nəyə görə küsdüklərini və nə ilə öz səhvini düzəldə biləcəyini uşaq özü də bilə.

11. Hər səhvə görə də uşağı tənbeh etmək olmaz. Məsələn əgər istəkan əlindən düşüb sınarsa, onun özü də öz səhvini başa düşüb narahat olarsa, burada gərək ona güzəşt oluna və sadəcə, gələn dəfə daha artıq diqqətli olmağını tövsiyə etmək lazımdır.

12. Tənbeh zamanı gərək cismi və ruhi vəziyyət və problemləri də nəzərə alına.

13. Uşağı xurafat və əfsanə ilə, məsələn div kimi şeylərlə qorxutmaq qətiyyən düzgün iş deyil.

14. Tənbeh gərək tərbiyəçi və ya valideynlərin intiqam və ürəyini soyutma vasitəsinə çevrilməyə. Uşağı tənbeh edərkən gərək qətiyyən hissiyyata qapılmayıb nəzarəti əldən verməyəsən. Belə ki, uşağa elə gəlməyə ki, sən bu tənbehdən ləzzət alırsan.

15. Tənbeh səbəbi ilə uşağı dildə hədələməyin də adətən bir o qədər əhəmiyyəti olmur. Olsa da təsiri müvəqqəti və keçici olur. Belə ki, uşaq çox keçmədən bu sözlərin həqiqi olmadığını anlayır, beləliklə də get-gedə bu növ tənbeh öz təsirini itirir.

16. Bəzi hallarda da bir nəfərin ara düzəldən olmağı lazım gəlir ki, uşağın tərəfindən üzr-xahlıq edərək bir daha onun bu xoşa gəlməz hərəkəti etməyəcəyinə söz versin. Lakin burada gərək həmin şəxs diqqətli ola ki, hansısa bir hərəkətlə tənbeh edənin özünü də şəxsiyyətdən salmaya.

17. Əgər tənbehə həqiqətən də ehtiyac duyularsa, bu zaman uşağın törətdiklərinə göz yumaraq hər dəfə təxirə salmaq və sonra da yığıb-yığıb axırda bütün bunların hamısına görə uşağı möhkəm cəzalandırmaq da düzgün iş deyil.

18. Əgər uşaq gördüyü pis işindən peşman olaraq onu tərk edərsə, gərək onun bu əməlini məhəbbət və səmimiyyətlə qarşılayıb nəsihət ünvanı ilə bu qəbildən olan (təbiətən insanın səhv etməyi mümkündür, lakin gərək çalışa ki, getdikcə səhvlərini azaldaraq özünü islah edə) sözləri ona deyə.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031