Əmr be məruf və nəhy əz münkərin təsiri yoxdursa, nə etməli?
Mьəllif: admin1
Tarix: 22-03-2018, 09:36
Əmr be məruf və nəhy əz münkərin təsiri yoxdursa, nə etməli?
Daha təsirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fironun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi. (“Qəsəs”, 34.)

Bəzən bir tərzdə deyilən söz təsirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt təsir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur.

Quranda buyurulur: “Təsirli olsun deyə, biz Quranda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik.” (“İsra”, 41.)

Sözün təsirində deyim tərzinin rolu var. Əmr be məruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var.

Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar.

Quranda buyurulur: “Evlərə qapılardan daxil olun.” (“Bəqərə”, 189.)

Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi. (“Hud”, 78.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930