İlahi imtahanda yaxşı qiymət almaq üçün nə etməli?
Mьəllif: admin1
Tarix: 8-02-2023, 21:24
İlahi imtahanda yaxşı qiymət almaq üçün nə etməli?
Allahın imtahanı bütün insanlara aid edilir. Heç kəs bu imtahandan azad deyildir. Sadəcə bəzilərinin imtahanı tutumlarına görə asan, bəzilərininki isə ağırdır.

“Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver”. (“Bəqərə” 155).

Bəs bu İlahi imtahanda müvəffəq olmaq üçün nə etməli?

1. Bu ayədən də göründüyü kimi, birinci etməli olduğumuz iş – səbir etməkdir. Ona görə də Allah səbir edənlərə həmişə müjdə verir və onları sevgini bəyan edir.

2. Dünyanın keçici olduğuna diqqət edib, bir gün bu çətinliklərdən sonra bir gün rahatlığın gələcəyinə ümid etməkdir.

3. İman və İlahi lütfdən yardım almaq. Elə insanlar vardır ki, xoşagəlməz hadisə ilə qarşılaşan zaman etidallarını əldən verirlər. İztiraba düçar olurlar. Ancaq Allah dostlarının xüsusi proqramı vardır ki, ona əməl edərək öz aramlıqlarını qoruya bilirlər.

4. Tarixə nəzər salıb, keçmişdə olanların təcrübəsindən istifadə etmək. Ona görə də Allah Təala Həzrət Peyğəmbərə (s) təskinlik vermək üçün buyurmuşdur:

“Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər də istehza və məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ və sairə) nazil oldu və onları bürüdü”. (“Ənam” 10).

5. Bu həqiqəti qəbul etmək ki, Allah bütün bu çətinliklərdən agahdır və nə baş verirsə, Onun hüzurunda baş verir. O zaman ki, Allah Təala Həzrət Nuhun (ə) əziyyətlərini görür, ona buyurur:

«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar». (“Hud” 37).

Elə bu səbəbdən idi ki, İmam Hüseyn (ə) şəhadət şərbətini içən zaman buyurmuşdu: “Onu ki, bilirəm bu hadisələr Allahın gözü qarşısında baş verir, (ona görə də) ona dözmək mənim üçün asan olur”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930