Bu 2 sifət keçmiş ümmətləri məhv etmişdir
Mьəllif: admin1
Tarix: 19-05-2022, 10:24
Bu 2 sifət keçmiş ümmətləri məhv etmişdir
Bütün Məsum İmamlar (ə) ömürləri boyu шnsanları məkarim əxlaqa dəvət edib, rəzil sifətlərdən uzaq olmağı tövsiyə etmiş və ona təşviq etmişdir. O cümlədən İmam Rza (ə) da bu rəzil sifətləri məzəmmət edir və onlardan uzaq olmağı tövsiyə edir.

Yalan.

Həzrət İmam Rza (ə) buyurur: “Yalandan çəkinin, çünki yalan insanı fəsada tərəf çəkər”.

Həzrət (ə) başqa yerdə buyurur: “Peyğəmbərdən (s) soruşurlar ki, mömin qorxaq ola bilər?

Həzrət (s) buyurur: “Bəli”.

Deyirlər: “Ola bilsin ki, simic olsun?”.

Buyurur: “Bəli”.

Deyirlər: “Ola bilsin ki, yalançı olsun?”.

Həzrət (s) buyurur: “Xeyr””.

Hərislik və həsəd.

İmam Rza (ə) buyurur: “Hərislik və həsəddən çəkinin. Çünki bu iki sifət keçmiş ümmətləri məhv etmişdir”.

Simiclik.

İmam Rza (ə) buyurur: “Simiclikdən çəkinin. Çünki simiclik sifəti elə bəladır ki, heç bir mömində olmaz. Bundan əlavə, bu çirkin sifət imanla müxalifdir”.

Çox yemək.

İmam Rza (ə) Həzrət Yəhyanın (ə) şeytanla olan macərasını nəql edər və şeytanın (lən) sözlərini təsdiq edərdi ki, Həzrət Yəhyaya (ə) demişdi: “Səndə elə sifət vardır ki, məni təəccübləndirir”.

Yəhya (ə) soruşmuşdu: “O sifət hansıdır?”.

Şeytan demişdi: “Sən çox yemək yeyən insansan. İftar zamanı ağır yemək yeyirsən və bu amil səni bəzi gecə-gündüz müstəhəb namazlarından saxlayır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031