Təqvalı olmaq istəyən bu 4 nöqtəni bilməlidir
Mьəllif: admin1
Tarix: 18-03-2018, 21:24
Təqvalı olmaq istəyən bu 4 nöqtəni bilməlidir
Təqvalı insan – həmin sınmayandır. Yəni, nə məqam, nə vəzifə və nə mal-dövlət onu sındırmaz və dəyişdirməz.

Təqvalı insan o kəsdir ki, əmin olmadığı mövzularda onu bəyan etməz və özünü yalan danışmaqdan hifz edər.

Təvqalı insan nəinki haram maldan çəkinər, o cümlədən, şübhəli hər bir şeydən çəkinər. Baxmalı olmadığı tərəfə baxmaz.

Təqva odur ki, insan heyvani instinktlərini kontrol edə bilsin. Hər bir şəraitdə Allahın rizasına razı olsun.

Təqvanın mərhələri vardır:

1. Danışıqda təvqa. Təqvalı insan yersiz söz deməz və haqsız yerə şəhadət verməz. “Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində ədalətə riayət etsinlər)”. (“Nisa” 9).

2. İctimai həyatda təqva. Quranda buyurulur: “Ya Peyğəmbər, Allahdan qorx və kafirlərə və münafiqlərə itaət etmə, çünki Allah daim (işlərin məsləhətlərini) biləndir və (onların icrasında) hikmət (diqqət və möhkəmlik) sahibidir”. (“Əhzab” 1).

3. Ailədə təqva. “Şübhəsiz, Allah (kəlmeyi-şəhadət deyərək əməldə dinə təslim olan) müsəlman kişilər və qadınlar, (İslamın üsulid-dininə və füruid-dininə qəlbən etiqad bəsləyən) mömin kişilər və qadınlar, itaətkar, müti kişilər və qadınlar, doğrudanışan kişilər və qadınlar və səbirli, dözümlü kişilər və qadınlar, qəlbən təvazökar olan kişilər və qadınlar, sədəqə verən kişilər və qadınlar, oruc tutan kişilər və qadınlar, şəhvətlərini qoruyan kişilər və qadınlar və Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!”. (“Əhzab” 35).

Təqvalı kişi və qadın o kəsdir ki, öz evdəində yaxşı həyat yoldaşı olar, heç kəsə zülm etməz. Əgər zülm edərsə də, üzr istəyər.

4. İnsanlararası rabitədə təvqa. “Həmçinin yaxşılıq evlərə (cahiliyyət dövründə olduğu kimi) onların arxa tərəfindən daxil olmağınız deyil (cahiliyyət dövründə adət belə idi və ehram geyimində olan şəxs öz evinə giriş qapısından deyil, divarın üstündən daxil olurdu) və lakin yaxşılıq (günahdan) çəkinən şəxs(in əməli)dir. Evlərə onların qapısından daxil olun və Allahdan qorxun, bəlkə nicat tapasınız”. (“Bəqərə” 189).

Bəs təqvanı necə əldə etmək olar?

Təqvanı əldə etməyin ən mühüm yolu budur ki, insan varlıq aləminin həqiqətini görməyə çalışmalıdır.

”Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14).

“O, xəyanətkar gözləri (və ya gözlərin qadağan edilmiş yerlərdəki xəyanətlərini) və sinələrin gizlətdiklərini (küfrü, haram fikirləri və rəzil sifətləri) bilir”. (“Ğafir” 19).

İnsan əgər Quranın buyurduğu bu həqiqətləri dərk etsə, şübhəsiz ki, özünü həm zahirdə və həm də batində günahdan qorumağa çalışacaqdır ki, bu da təvqa deməkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930