Söz gəzdirənlərə qarşı bizim üzərimizdə olan 6 vəzifə
Mьəllif: admin1
Tarix: 17-03-2018, 14:04
Söz gəzdirənlərə qarşı bizim üzərimizdə olan 6 vəzifə
Söz gəzdirmək – əxlaqın rəzil sifətlərindəndir ki, həm sahibi və həm də onunla əlaqə saxlayanlar üçün böyük ziyan gətirər.

Möminin söz gəzdirəni haqq yoluna hidayət etməsi üçün 6 vəzifəsi vardır ki, onlarla tanış olaq:

1. Birinci vəzifə budur ki, onların dediklərini təsdiq etməyək. Bu Quran ayəsini ona xatırladaq: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz və sonra etdiyinizdən peşman olasınız”. (“Hucurat” 6).

2 və 3. İkinci və üçüncü addım əmr-be-məruf və nəhy-əz-munkərdir. Ona başa salaq ki, söz gözdirmək günahdır. Hər kim belə günah edər, Allahın ən nifrət etdiyi kəsə çevrilər.

4. Hüsnü-zənn etməyə təşviq edək və sui-zəndən çəkindirək.

5. Söz gəzdirməyin köklərində hansı amillərin durduğunu ona başa salaq. Ona anladaq ki, söz gəzdirmək nifrətdən, həsəddən, tamahdan meydana gələn sifətdir. Hər kim söz gəzdirər, dostluq rabitələri aradan gedər, İlahi rəhmətdən məhrum olar, insanların etimadını əldən verər, dünyada rüsvay olar.

6. Axirətdəki halını yada salmaq. Belə ki, hər kim söz gəzdirər, qəbir əzabı görər, məhşərdə meymun sifətində olar, behiştdən məhrum olar.

Allah Təala bizlərə vəzifəmizə əməl etmək tofiqatı nəsb etsin!




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031