BİLMƏDİYİNİ ETİRAF ETMƏK ALİMLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİNDƏNDİR
Mьəllif: admin1
Tarix: 16-03-2018, 22:13
BİLMƏDİYİNİ ETİRAF ETMƏK ALİMLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİNDƏNDİR
Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən buyurur:

يا اَباذَرٍّ؛ اِذا سُئِلْتَ عَنْ عِلْم لا تَعْلَمُهُ فَقُلْ لا اَعْلَمُهُ تَنْجُ مِنْ تَبِعَتِهِ وَلا تُفْتِ النّاسَ بِما لا عِلْمَ لَكَ تَنْجُ مِنْ عَذابِ اللّهِ يَوْمَ الْقِيامَةِ

“Ey Əbuzər! Hər vaxt səndən bilmədiyin bir şey haqqında soruşanda, bilmədiyini etiraf et və bilmədiyin bir məsələ barəsində hökm vermə ki, qiyamət günü Allahın əzabından amanda olasan.” (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh. 135-152.)

İnsanın bilmədiyi məsələ barəsində fikir söyləməsi rəva deyildir. Bəzən düşünülmədən deyilən fikir digərlərinin yoldan çıxmasına və azğınlığa düçar olmasına səbəb olur.

Alim şəxsin mübtəla ola biləcəyi eyiblərdən biri də budur ki, bir məsələni bilmir, lakin həmin şeyi bilmədiyini etiraf etməyə xəcalət çəkir.

Savadsız şəxslər üçün hər hansı bir məlumatsızlığı etiraf etmək asandır, lakin alim ünvanı ilə tanınan şəxs “bilmirəm” deməkdən xəcalət çəkir, bir növ bundan yayınmağa çalışır.

Belə şəxsdən bilmədiyi bir şey haqqında soruşulduqda, sualı cavabsız qoymağa, “bilmirəm” deməyə çətinlik çəkir və xalqın ona, “sən necə alimsən ki, bu məsələni bilmədin!” – deyəcəyindən qorxur.

Sualının cavabında “bilmirəm” deməyin nə qəbahəti vardır? Məgər hər kəsə hər şeyi bilmək vacib edilmişdir? Hər şeyi bilən Allahdır və başqalarını da öz işindən damla qədər bəhrələndirən də Odur! Necə ki, Quranda buyurur:

... وَ مَا أُوتِيتُم مِنَ الْعِلْمِ اِلّا قَليلا

“Sizə verilən elmin miqdarı çox azdır.” (“İsra” surəsi, ayə 85.)

Mərhum Əllamə Təbatəbai cümə axşamları və cümə günləri məclis təşkil edərdi. Bu məclislərdə müxtəlif elm adamları, tələbələr yığışaraq, fəlsəfi və digər mövzular ətrafında elmi bəhslərə qatılardırlar.

Əgər sualımız olsaydı, məclis başlamamışdan əvvəl və ya yolda gələrkən ona söyləyərdik. Bir gün birlikdə yol getdiyimiz vaxt ondan fəlsəfi bir sual soruşdum və o, “bilmirəm” deyə cavab verdi.

İkinci dəfə başqa bir sual soruşdum. Bu dəfə də, sualımı çox rahat halda “bilmirəm”lə cavablandırdı. Sonra bir müddət nə düşündüsə buyurdu: “Baxın, görün, belə cavab vermək olarmı?”

Sonra ürəyəyatan və qənaətbəxş bir cavab verdi. Həmin gecə məclisdə buyurdu: “Biz gərək öz “məchul”atımızı (bilmədiklərimizi) Allahın “məlum”atı ilə müqayisə edək. Belə olan surətdə görəcəyik ki, heç nə bilmirik və bizim bilmədiklərimiz, Allahın məlumatı sonsuz olduğu qədər nəhayətsizdir.”

Bu yol peyğəmbər və övliyalar məktəbində tərbiyə olunmuşların yoludur. Bir şeyə yəqinləri olmayanda, tərəddüdlə cavab verirdilər.

Bəlkə də, Əllamə Təbatəbainin verdiyi cavab bizim gözlədiyimizdən daha qanaətbəxş idi, lakin bir elmə yəqini olmadığı halda “bilmirəm” deməyə adət etmişdi. Həqiqətdə, onun bu üsulu uzun zaman nəfs ilə mübarizə və nəfsinə qələbənin təsirindən yaranmışdı.

Bu yol altmış-yetmiş il bərəkətli ömürlərini nəfslərinin paklanmasına, öyrənib-öyrətməyə sərf edən kəslərin yoludur. İndi bizlər üç-dörd söz öyrənib öz şəhərimizə qayıdanda və bizdən bir məsələ haqqında bir şey soruşanda, “bilmirəm” deməyə çətinlik çəkirik! Bunun üçün məşq etmək, adət halını almaq lazımdır ki, birdən bir nəfər bizdən bilmədiyimiz bir sual soruşanda “bilmirəm” sözünü rahat deyə bilək.

Əgər bir şeyə zənnimiz olsa, “belə olmaq ehtimalı da var” deməliyik. Belə edəriksə, özümüzü axirət giriftarçılığından xilas etmiş olarıq. (“Rəhe-tuşe” – Axirət azuqəsi, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh.74-76.)

(Maide.Az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930