Həzrət Fatimə (s.ə) İmam Əlini (ə) necə tanıdır?
Mьəllif: admin1
Tarix: 16-03-2018, 21:59
Həzrət Fatimə (s.ə) İmam Əlini (ə) necə tanıdır?
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək dilindən Əhli-Beyti (ə) və o cümlədən, İmam Əlini (ə) tanıyaq, Xanımın (s.ə) elm bulağından bir az bəhrələnək.

Xanım Fatimeyi-Zəhra (s.ə) buyurub: “Biz Peyğəmbərin (s) Əhli-Beyti (ə) – Allahın xəlqlə rabitə vasitəsiyik.

Biz – Allahın pak və müqəddəs seçilmişləriyik.

Biz – hüccət və yol göstərən olacağıq.

Biz – İlahi peyğəmbərlərin (ə) varisləriyik”.

Xanım Zəhra (s.ə) İmam Əlini (ə) tanıdan zaman buyurur: “O, İlahi və rəbbani rəhbərdir. Nur və aydınlıq mücəssiməsidir. Bütün varlıqların və ariflərin diqqət mərkəzindədir. Pak ailədən olan pak övladdır. Haqqı deyən və hidayət edəndir. O, imamət və rəhbərliyin mərkəzidir”.

Xanım (s.ə) buyurub: “Həzrət Muhəmməd (s) və Əli (ə) – bu ümmətin valideynləridir. Əgər o ikisinin ardıcılı olsalar, dünya hadisələrindən və axirətin həmişəlik əzabından nicat taparlar. Behiştin müxtəlif nemətlərindən bəhrələnərlər”.

“Hər kim ibadət və əməllərini Allah üçün xalis yerinə yetirərsə, Allah ən üstün məsləhət və bərəkətləri onun üçün təqdir edər”.

“Həqiqətən bütün səadət və xilas olmaqların həqiqəti, Əli (ə) ilə həyatında və ölümündən sonra dostluqdadır”.

“Hər kim atama və mənə 3 gün müddətində salam göndərər, Allah behişti ona vacib edər”.

Abdullah ibni Məsud nəql edir: “Bir gün Həzrət Fatimənin (s.ə) evinə getmişdim və soruşdum ki, həyat yoldaşınız haradadır?

Xanım (s.ə) buyurdu: “Cəbrayil (ə) ilə birlikdə səmaya qalxmışdır”.

Dedim: “Hansı mövzuya görə?”.

Buyurdu: “Bəzi İlahi mələklər arasında fikir ayrılığı düşübdür və xahiş ediblər ki, bir nəfər Adəm övladı onların arasında qazilik etsin.

Allah mələklərə vəhy göndərib ki, özünüz kimi istəyirsinizsə seçin. Onlar da Həzrət Əli ibni Əbitalibi (ə) seçiblər”. (İslami saytlara istinadən)

Allah Təala bizlərə İmam Əlini (ə) dərk etmək tövfiqatı versin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930