Quranda insana qurtuluş vəd edən “Səy”
Mьəllif: admin1
Tarix: 16-03-2018, 12:51
Quranda insana qurtuluş vəd edən “Səy”
İnsan sanki çarpışma meydanına atılmış bir mübarizdir. Onun hər anı mübarizədir. Həm yaşamaq uğrunda mübarizə, həm də özü ilə mübarizə. Bu insan olmağın ən çətin göstəricisidir.

Bu qeyd etdiyimiz iki mübarizənin içində ən çətini və ən ağırı insanın özü ilə mübarizəsidir. Çünki insan özü ilə, nəfs və tamahı ilə mübarizədə qalib olarsa, yəni hər kəs öz nəfs və tamahına qalib olarsa yaşamaq uğrundakı mübarizə çox asanlaşar.

Çünki həm öz həyatını, həm də digərlərinin həyatını çətinləşdirən insanlar öz nəfs və tamahına məğlub olan insanlardır. Dünyada baş verən müharibə, aclıq, qırğınlar, dava-dalaşlar məhz bu növ, nəfs və Şeytanana məğlub olmuş insanların əmllərinin nəticəsidir.

Elə bu səbəbdən Allahın Rəsulu (s) insanın özü ilə mübarizəsini “Ən böyük cihad” adlandırıb.

İnsanın bütün “qazancı” və “itirdikləri” onun SƏYİNƏ bağlıdır. Yəni, deiyimiz kimi İnsanın ətrafında baş verənlər və dünyada baş verənlər hamısı insanların özləri ilə (nəfsləri ilə) hansı dərəcədə mübarizə apardıqlarının göstəricisidir (təbii ki, ümumi şəkildə).

Qurani Kərim bu mətləbi belə bəyan edir:

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

İnsana ancaq öz səyi (çalışması, əməli) qalar!

“Səy” insanın hər növ hərəkətidir. Yəni onun bütün zehni fəaliyyəti, cismi fəaliyyəti, qəlbi niyyət və bütün varlığı ilə öz hədəfinə doğru “hərəkətidir”.

Feyz Kaşani “Safi” təfsirində SƏY barəsində buyurur:
“Xəbərlərdə bizə yetişib ki, bir meyyitin adından sədəqə vermək, yaxud haccı ziyarət etmək həmin meyyitə fayda verir. Bu o zaman baş verir ki, işi icra edən öz qəlbində bu işi meyyit üçün etmək niyyəti olsun.

Həmçinin insanın yaxşılıq etməsi, iman gətirməsi, Allaha yaxınlıq qəsdi və bu kimi işlər səy qismindəndir. Xəstəlik də həmçinin bir səydir. Xəstəlik zamanı insanın sağlam olduğu vaxtlarda etdiyi əməllərin savabı yazılır.

Çünki o, xəstə halında bu əməlləri edə bilmir, lakin bunları etmək niyyəti edir. Əməlinə xəstəlik maneə yaratdığı üçün həmin şəxs niyyəti ilə savab aparır. Allah Təala, Öz fəzlindən ona müvəffəqiyyət nəsib edir.”

Həmçinin Əllamə Təbatəbai “Təfsiri-mizanda” ayədə zikr olunan səyi insanın möminlər zümrəsinə daxil olması, şəfaətə yetişməsi, bütün xeyir və savablara nail olması kimi mənalandırır.

Həmçinin mərhum Əllamə insanın insanın günah yolunda etdiyi səylərə də toxunaraq buyurur: “Günaha aludə olmaq ağır bir yükdür.O bu ağır yüklə məhşərə gələr (qiyamətdə). Bu onun günah yolunda etdiyi səylərinin nəticəsidir.”

Deyilənlərdən aydın olur ki, səy insanın niyyət etməsi və bu niyyəti ilə öz hədəfinə doğru hər növ əqli, ruhi, cismi hərəkətidir. Yəni insanın hədəfi və hədəfinə yetişmək üçün apardığı hər növ mübarizəsi onun səyidir. İnsanın nicatı yalnız onun xeyrə doğru səyindədir.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930