Dini qəbul etməyən adama son sözümüz nə olsun?
Mьəllif: admin1
Tarix: 15-03-2018, 21:17
Dini qəbul etməyən adama son sözümüz nə olsun?
Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir.

Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir.

Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz.

Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər.

Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər.

Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər.

Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?

Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır.

Əgər qarşınızdakı insan Quran həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930