Qurani-Kərimdə İmam Zamana (ə.f) axar su işarəsi
Mьəllif: admin1
Tarix: 10-03-2024, 10:28
Qurani-Kərimdə İmam Zamana (ə.f) axar su işarəsi
Qurani-Kərim buyurur: “De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?!»”. (“Mulk” 30).

İmam Baqir (ə) bu ayə haqqında buyurur: “Bu ayə Həzrət Qaim (ə.f) haqqında nazil olmuşdur”.

Buyurur: “Əgər İmamınız qaib olsa və bilməsəniz ki, o, haradadır, kim sizin üçün zahiri imam gətirəcəkdir ki, yerin, göyün, Allahın halal və haramının xəbərlərini sizə versin?”.

Sonra buyurur: “Allaha and olsun ki, bu ayənin təfsiri hələ gəlməmişdir, çarəsiz gələcəkdir”.

Bəli, bu ayədə suyun təfsiri Həzrət Qaimin (ə.f) müqəddəs varlığına işarə edir. İmamın (ə.f) cəmiyyətdəki rolu – suyun bəşər üçün rolu kimidir.

Necə ki, su – bəşərin həyat mənbəyidir, İmam Zaman ağa (ə.f) da bəşərin mənəvi həyat mənbəyidir.

Su adətən göydən yağar, İmam Zaman ağanın (ə) xəbərləri də göydən gələr.

Su pakizəliyə və çirkin aradan getməsinə səbəb olar. Həzrət Məhdinin (ə.f) qurduğu cəmiyyət də pakizəlik mənbəyi və qəlbləri saf edəndir.

Beləliklə deyə bilərik ki, həqiqətən də İmam Zaman ağa (ə.f) bəşər üçün saf su kimidir. Əgər bu su olmasa, bəşər məhvə doğru gedər və həlak olar.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031