Münafiqi tanıtdıran əsas mühüm göstəricilər – Nəhcül-Bəlağənin dili ilə
Mьəllif: admin1
Tarix: 13-03-2018, 21:59
Münafiqi tanıtdıran əsas mühüm göstəricilər – Nəhcül-Bəlağənin dili ilə
Qurani-Kərim insanı müxtəlif formalarda, müxtəlif adlarla bəzən mədh, bəzən də məzəmmət edir. Bu insanın əldə etdiyi mənəvi vəziyyəti ilə əlaqədardır.

Beləki, Quran düzgün əqidə və əməl sahiblərini mədh, əqidə və əməldə yanlış olanları isə dünya və axirət rüsvayçılığı ilə təhdid və məzəmmət edir.

Quranın məzəmmət etdiyi insanlardan biri də münafiqlərdir. Münafiqlər Quranda bəzən müxtəlif adlarla, bəzən də birbaşa münafiq kimi təqdim edilir.

Münafiq iki üzlü mənasındadır. Onlar iman əhlinin yanında özlərini imanlı, küfr əhlinin yanında əhli inkar və fasiq kimi göstərərlər. Beləcə hər şəraitə uyğun simalarını dəyişib uyğun vəziyyətdən bəhrələnməyə çalışarlar.

Quran münafiqin yerini cəhənnəmin ən aşağı təbəqəsi olduğunu bildirir. Quranın bu cür tanıtması, münafiqin insanların ən alçağı olduğunu tanıtması deməkdir. Çünki onlar heç dəstədən deyilər, hər kəsin yanında bir sifətdə olurlar:

“(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmdə dərkil-əsfəldədir (ən aşağı təbəqədə). Sən heç vaxt onlara yardım edən tapmazsan!” (Nisa-145)

“Dərkil-əsfəl” ifadəsində “dərk” ən aşağı mənasındadır. Necəki behşitin dərəcələri vardır, həmçinin cəhənnəmin də dərəcələri vardır. “ (Nur təfsiri)

Həzrəti Əli (ə) münafiqi tanıtdırarkən onları üç sifətlə bəyan edib. Bu üç sifət demək olar ki, münafiqliyi tam səciyyələndirir.

“Riyakarın 3 nişanəsi vardır:

Ətrafındakı adamları gördükdə zirəkləşər,

Təklikdə süst və tənbəl olar,

Hər işində təriflənməyi sevər.”

(Nəhcül-bəlağə)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031