Qiyamət günü karvandan geri qalmamaq üçün yükünüzü ağır etməyin
Mьəllif: admin1
Tarix: 13-03-2018, 10:23
Qiyamət günü karvandan geri qalmamaq üçün yükünüzü ağır etməyin
İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 21-ci xütbəsində buyurur: “İşin sonu (qiyamət, behişt və cəhənnəm) sizin qarşınızdadır. Ölümün amilləri davamlı olaraq sizi irəliyə qovur”.

Gecə və gündüz qaçır və insanın ömrünü qısaldır. İnsan, öz həyatının hər an ölümə yaxınlaşmasından qafildir.

İmam Əli (ə) bu iki cümləsi ilə insana həm kiçik qiyaməti və həm də böyük qiyaməti xatırlatmaq istəyir. Qulaq asanları növbəti sözlərini eşitməyə hazırlayır.

Buyurur: “Yükünüzü yüngül edin ki, karvana çatasınız”.

Qiyamət günü insanların ən böyük bədbəxtliyi elə bu cümlədə gizlənən sirdədir. Yəni yükünüzü ağır etməyin və dünya həyatında dərdinizə dəyməyən işlərlə özünüzü yükləməyin.

O zaman ki, karvan yola düşər, yükü ağır olanlar ondan geridə qalarlar. Karvan isə bir neçə insana görə uzun müddət dayana bilməz. Ona görə onları özbaşına buraxar və hərəkət edər.

Bu cür insan qaçaqçılar üçün asan qənimət olar. Ancaq o kəsin ki, yükü yüngüldür, karvanın önündə hərəkət edər. Hamıdan tez mənzilə çatarlar.

Bu dünya insanlar üçün səfər yeridir və insanlar müsafirdirlər. Onlar yüklərini bağlayıb yola düzəlirlər. O kəslər ki, yükünü dünya malı ilə ağır edər, həyatın eniş və yoxuşunda qalar. Şeytanın qəniməti olar. Lakin təqva əhli hər bir eniş və yoxuşdan rahatlıqla keçir və cavidan həyata qovuşur.

Bütün bəşər övladı vahid bir karvanı xatırladır və bir dəstə irəlidə, bir dəstə ortada və bir dəstə də axırda hərəkət edir. Hamı bir yolu gedir və Qiyamət günü bir-birinə qoşularlar.

O zaman ki, Salman Farsi Mədainin valisi təyin olunur, dördayaqlı heyvana minir və təkbaşına yola düşər. O zaman ki, Mədain camaatı onun gələcəyi xəbərini alırlar, insanlar onu qarşılamağa hazırlaşırlar.

İnsanlar şəhər darvazasında onu gözləyirdilər və dordayaqlıya minən bir qocanı görürlər ki, təkbaşına gəlir.

Soruşdular: “Ey qoca! Yolda bizim valimizi gördünmü?”. Soruşdu: “Sizin vali kimdir ki?”.

Dedilər: “Bizim valimiz Salman Farsidir, Peyğəmbərin (s) yoldaşı”.

Dedi: “Mən valini tanımıram, ancaq Salman mənəm”.

Hamı ona hörmət əlaməti olaraq miniklərindən düşdülər və ondan xahiş etdilər ki, onların miniyə minsin.

O, dedi: “Mənim dördayaqlım onların hamısından yaxşıdır”.

Yola düşdülər və şəhərə daxil olanda dedilər: “Gərək valinin sarayında yaşayasınız.

Salman dedi: “Mən ki, sizə dedim vali deyiləm ki, sarayda yaşayam”.

O bazarda olan bir dükanı kirayə etdi. Oranı hökumət işləri üçün və yaşayış yeri kimi seçdi. Onun yanında olan şey - bir palaz, dəstəmaz almaq üçün qab və yol getmək üçün əsa idi.

Salman vali olan zaman şəhəri sel basır və şəhərin çox hissəsini bürüyür. İnsanların fəryadı hər yeri bürümüşdü: “Mənim evim necə oldu, mənim malım necə oldu?”.

Salman palazını, dəstəmaz qabını və əsasını götürüb dedi: “Bu cür yükü olanlar Qiyamət günü nicat əhli olacaqdır”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031