NAMAZLARINI SƏHƏR-AXŞAM MƏSCİDDƏ QILANLAR
Mьəllif: admin1
Tarix: 12-03-2018, 20:54
NAMAZLARINI SƏHƏR-AXŞAM MƏSCİDDƏ QILANLAR
Peyğəmbəri-Əkrəm (s) cənnət öncülləri barədə buyurur:

...طُوبى لاَِصْحابِ الاَْ لْوِيَةِ يَوْمَ القِيامَةِ يَحْمِلُونَها فَيَسْبِقُونَ النّاسَ إِلى الْجَنَّةِ أَلا وَ هُمُ السّابِقُونَ إِلى الْمَساجِدِ بِالاَْسْحارِ وَ غَيْرِ الاَْسْحارِ

“...Xoş o kəslərin halına ki, məhşər günü bayraqdardırlar. Bayrağı camaatın önündə tutaraq, cənnətə daxil olmaqda qabaqda gedərlər. Bunlar həmin o adamlardır ki, səhərlər və sair vaxtlarda məscidə getməkdə başqalarından qabağa düşərdilər.” (“Məkarimul-əxlaq”, səh.537; “Biharul-ənvar”, 77-ci cild, səh.74-91.)

Hər bir insan yaş fərqindən asılı olmayaraq çalışır ki, hər bir işdə həmişə başqalarından qabağa düşsün. Əlbəttə, bu yarışma və rəqabət əgər sırf dünya işləri üçün olarsa məzəmmət olunur. Lakin başqalarından qabağa düşmək axirət və xeyirxah işlərlə əlaqədar olarsa, nəinki pis deyil, səadət və xoşbəxtliyə doğru bir addımdir.

Çünki insanın səadəti onun Allaha yaxınlaşması və əməl dəftərinin pak olmasındadır. Möminlərin bu məsələdə bir-birindən qabağa düşməsi özünü göstərmək üçün deyil, səadətə qovuşmaq xatirinədir.

Qurani-Kərimin “Ali-İmran” surəsinin 133-cü ayəsində bu məsələyə təkid edilərək buyurulur:

وَ سارِعُوا إِلَى مَغْفِرَة مِنْ رَبِّكُمْ وَ جَنَّة عَرْضُهَا السَّمواتُ وَ الاَْرْضُ أُعِدَّتْ لَلْمُتَّقين

“Allahınızın məğfirətinə və təqvalılar üçün hazırlanmış genişliyi yeri və göyləri əhatə etmiş cənnətə doğru tələsin.”

Həqiqətdə, bu ayə insan fitrətinin nidasına bir işarədir. Çünki onun fitrəti kamal axtarır və başqalarından daha kamil olmaq istəyir. Namazı da məsciddə qılmaq inasanı kamala və cənnətə doğru aparan əsas amillərdən biridir.


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031