Hədiyyə verərək sevginizi gücləndirin
Mьəllif: admin1
Tarix: 12-03-2018, 14:12
Hədiyyə verərək sevginizi gücləndirin
Dinimiz kişiləri həmişə həyat yoldaşına öz sevgilərini bildirməyi və dillərində bəyan etməyi tövsiyə etmişdir.

Hətta Peyğəmbərimiz (s) buyurmuşdur ki, nə zaman kişi qadına desə ki, mən səni sevirəm – bu söz heç bir zaman o qadının ürəyindən çıxmaz.

Yaddan çıxartmayın ki, sevgini dilə gətirmək dostluq və ülfət bağlarını möhkəmləndirər və bu ağacdan güclü meyvələr əmələ gələr.

Kişilərin qadınlarına hədiyyə almaq mövzusu bir qədər qarışıq məsələdir. Belə ki, bəzi kişilər ifrat və təfrit etməyərək, belə düşünürlər ki, qadın üçün ən böyük hədiyyə mənəvi hədiyyədir: “Mən həyat yoldaşımı sevirəm və ona hörmət edirəmsə, bu, elə onun üçün kifayətdir. Maddi hədiyyənin heç bir rolu yoxdur”.

Ancaq bu əqidədə olan kişilərə demək istəyərdik ki, onlar səhv edirlər. Çünki qadın lətif və həssas varlıqdır və o, bir gül kimidir. Bu gülün solmaması üçün onu qorumaq, torpağını yumşaltmaq və yarpaqlarını silmək lazımdır. Bəzən də onu daha gözəl və daha böyük qaba köçürtmək lazımdır.

Hədiyyə elə bir amildir ki, insanlarda sevgi hissini gücləndirər və kini aradan aparar. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Bir-birinizə hədiyyə verin. Çünki hədiyyə küslükləri aradan aparar və keçmiş kinləri və düşmənçilikləri aradan aparar”.

Allah Təala bizlərə bu həqiqətləri dərk etməyi nəsib etsin.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031