Yeni ailə qurmuş cavanların rabitələrini möhkəm etmək üçün tövsiyələr
Mьəllif: admin1
Tarix: 27-06-2021, 20:18
Yeni ailə qurmuş cavanların rabitələrini möhkəm etmək üçün tövsiyələr
Bir çox təzə ailə qurmuş cavanlar ilk zamanlar bir-birinə eşq və əlaqə nişan verərlər. Ancaq çox təəssüf ki, tədbirsiz olduqları üçün get-gedə rabitələrinin soyuq olmasına şahid olarlar. Bəs ərlə arvad rabitəsinin möhkəm olması üçün nə etməlidir?

Yeni ailə qurmuş cavanlar gərək üç sahədə biliklərini artırsınlar:

- Qadınla kişinin rabitə quran zaman fərqli baxışlara malik olduqlarını öyrənmək, yəni qadınla kişinin rabitə fərqlərini öyrənmək.

- Bir-birinin fərqli cismə malik olduqları haqqında mütaliələr etmək.

- Məsələni necə həll etmək və düzgün qərar çıxartmaq barədə bigiləri artırmaq.

Qadınla kişi ailə quran zaman gərək rabitə qurmaq üçün özlərinə vaxt ayırsınlar. Yəni, bu rabitəni ön plana çəksinlər. Yersiz sözlər və eyb tutmaq yerinə, bir-birinin müsbət nöqtələrindən söz açsınlar.

Ərlə arvadın rabitəsini möhkəmləndirə bilən amillər:

1. Dindarlıq. İman, qadınla kişinin münasibətini möhkəm edər və ailədə izzəti-nəfsi, nikbinlik hissini gücləndirər. Ailədə olan narazılıqların sayını azaldar və narkotik kimi haram maddələrdən istifadə etməyin qarşısını alar. Cütlərin ən çox problemi ailəyə qarşı səthi baxışları və şəxsiyyət azadlığının təhlükə altına girməsinə görədir.

2. Həmrəy olmaq. Əgər cütlər bir-biri ilə həmrəh olsalar, bir-birinin hisslərini, rəftar və təfəkkürünü rahatlıqla dərk edə bilərlər. Həmrəh olmaq o demək deyildir ki, qarşı tərəfin nəzərlərini təsdiq edəsən. Bəlkə onu ürəkdən dərk etməkdir.

Əgər ərlə arvad arasında həmrəylik olmazsa, onların arasında olan rabitə və münasibət gərgin və iztirablı olar. Hər iki tərəf bu nəticəyə gəlib çatar ki, bir-biri üçün əhəmiyyətli deyildirlər. Belə ki, həmrəylik qadınla kişinin qarşılıqlı hüzuruna səbəb olar.

3. Məhəbbəti bəyan etmək. Sevgini bəyan etmək ailənin davamlı olmasına səbəb olar. Ərlə arvad arasında ruhi hüzur və təhlükəsizlik yaradar. Ərlə arvad bir-biri üçün himayə çətiri olarlar.

Ancaq bilmək lazımdır ki, eşq məfhumu qadınla kişi arasında fərqlidir. Hər biri öz hiss və sevgisini bəyan etmək üçün özünəməxsus yollardan istifadə edirlər. Misal üçün kişi bazarlıq edərək və ya xanımı üçün hədiyyə alaraq, qadın isə ləzzətli yemək bişirərək və evdə orijinal bir iş görərək.

4. Söz rabitəsi. Söz rabitəsi qadınla kişi arasında olan mühüm rabitələrdən biridir. Hər ikisi cisni fərqə görə bir-biri üçün gərginlik mənbəyinə də çevrilə bilər. Əgər cütlər hər iki cünsin rabitə quran zaman rastlaşdıqları problemlə tanış olsalar, rabitə quran zaman daha yaxşı sözlərdən istifadə edə bilərlər.

Misal üçün, kişilər hədəfə malik insanlardır, yəni söhbət edən zaman hədəflərini sürətlə bəyan edərlər. Halbuki, xanımlar rabitə qurmağı sevən tərəfdir və əvvəl cüzi mövzulardan danışar və sonra əsl məsələyə gələrlər.

Əgər bu söhbətlər zamanı xanımlar cüzi mövzulara az toxunsalar və kişilər də quru söhbətlərini bir qədər şirinləşdirsələr, daha yaxşı rabitə üçün addım atmış olarlar.

Hər bir halda qadınla kişi əgər bir-biri haqqında kifayət qədər məlumata malik olsalar, öz rabitələrinin bağlarını güvvətləndirmək üçün addım atmış olar və həyatlarından ləzzət alarlar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930