Son 15 ildə ABŞ-da 200 mindən çox erkən evlilik reallaşdırılıb
Mьəllif: admin1
Tarix: 9-02-2021, 10:57
Son 15 ildə ABŞ-da 200 mindən çox erkən evlilik reallaşdırılıb
Son 15 ildə ABŞ-da 200 mindən çox erkən evlilik reallaşıb. Bunu son statistik rəqəmlər söyləyir.

Qanuni şəkildə evlənməyinə icazə verilənlər arasında 10 yaşlı uşaqlar da var. Bu uşaqların evləndirilməsinə səbəb qanunlardakı boşluqlardır. Son evliliklər arasında 10 yaşlı qızın və 11 yaşlı oğlanın da olduğu bildirilir.

ABŞ-da qanunlara görə 18 yaşdan aşağı evliliyə icazə yoxdur. Lakin valideynlərin icazəsi və hamiləlik kimi hallarda evlilik vacib hala çevrilir.

ABŞ-da Nyu Cersinin valisi uşaq evliliyinin qadağan olunması məsəsinə baxılmayacağını bildirib. O açıqlayıb ki, bu ştatda dini kəsimlərlə toqquşmalara səbəb ola bilər.

ABŞ-da erkən evliliklərlə mübarizə aparan Unchaied At Last təşkilatının bildirdiyinə görə 2000-2015-ci illərdə 207,468 erkən evlilik reallaşdırılıb.

Bu hələ həmin təşkilatın üzə çıxara bildiyi rəqəmlərdir. ABŞ-da Alyaska, Luizana və Cənubi Karolinada 11 yaşında uşaqlara evlənməyə icazə verilib. Bununla yanaşı 11 ştatda 13 yaşında evlənməyə icazə var.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930