Kobud rəftardan inciyən adama filosofun məsləhəti
Mьəllif: admin1
Tarix: 9-03-2022, 17:30
Kobud rəftardan inciyən adama filosofun məsləhəti
Bir gün məşhur qədim yunan filosofu Sokrat bir kişini görür ki, çox narahat və nigarandır. Narahat olmasının səbəbini soruşur və həmin şəxs cavab verir: “Yolda gələn zaman tanışlarımdan birini gördüm və salam verdim. O, mənim salamımın cavabını almadı. Etinasız və təkəbbürlü halda çıxıb getdi. Mən onun bu rəftarından çox narahat oldum”.

Sokrat deyir: “Niyə incimisən?”.

Kişi təəccüblə soruşur: “Məlumdur ki, belə rəftar – narahat edəndir”.

Sokrat soruşur: “Əgər yolda kimisə görsən ki, yerə düşmüşdür və ağrıdan bükülübdür, ondan inciyərsənmi?”.

Kişi deyir: “Əlbəttə də ki, incimərəm, kim xəstədən inciyər ki?”.

Sokrat deyir: “İncimək yerinə nə edərdin?”.

Kişi deyir: “Ürəyim yanardı və ona şəfqət göstərərdim. Çalışardım ki, onu həkimə aparım və ya dərman verim”.

Sokrat deyir: “Bunları ona görə edərdin ki, onu xəstə bilərdin. Məgər insanın ancaq cismi xəstə olur?

O kəsin ki, rəftarı düz deyildir, məgər onun ruhu xəstə deyildirmi? Hər kimin ruhu sağlam olar, o, heç bir zaman pis rəftarlar etməz.

Ruh və fikir xəstəliyinin adı qəflətdir. Bu cür insandan incimək yerinə, ona yardım etmək lazımdır. Ona ruh təbibi tapmaq lazımdır.

Bundan sonra heç kəsdən incimə və qəlbinə kin buraxma. Hüzurunu əldən vermə. Bil ki, nə zaman bir nəfər pislik edir, həmin an o sağlam deyildir, bəlkə xəstədir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930