İki gün ömrün qalsa, onun bir gününü ədəb öyrənməyə sərf et
Mьəllif: admin1
Tarix: 31-01-2022, 10:06
İki gün ömrün qalsa, onun bir gününü ədəb öyrənməyə sərf et
Ayətullahul-üzma Xamenei cənabları ədəb barəsində buyurur: “Mühüm işlərdən biri – ədəbdir. Xaricilər adi rəftarlarında ədəbə çox da riayət etmirlər.

Halbuki, biz danışıqlarımızda, xitab edən zaman ədəbə riayət edirik. Qarşı tərəfin ehtiramını saxlayırıq. Onlar istəyirlər ki, bunu dəyişdirsinlər. Çox təəssüf ki, bəzi yerlərdə müvəffəq də olublar”.

Ədəb, öyrənilməli bir mədəniyyətdir ki, dəqiq tərbiyə olunmalıdır. İslamın göstərişləri, Həzrət Peyğəmbərin (s) və Əhli-Beytin (ə) sünnəti ilə tanış olmaq və ona əməl etmək – ən gözəl ədəbdir. Ona görə də ədəbi onların dilindən eşidək və öyrənək.

İmam Sadiq (ə) buyurur: “Əgər ömründə (sənə) iki gün möhlət verilsə, bir gününü özünü ədəb etmək üçün qərar ver ki, ondan ölüm günün üçün kömək alasan”.

İmama (ə) deyirlər ki, bəs bu yardım almaq necə olur? İmam (ə) buyurur: “O şeyi ki, özündən sonra qoyursan, (onu) yaxşı planlaşdırasan və möhkəm iş görəsən”.

İmam Əli (ə) buyurur: “Ədəb öyrənin, çünki əgər padşah olsanız – üstün olarsınız. Əgər mötədil olsanız – məşhur olarsınız. Əgər yoxsul olsanız – ədəbinizlə güzəran keçirərsiniz”.

İmam Əli (ə) buyurur: “Sənə insanlarla mehriban olmağı, alimlərə ehtiram qoymağı, (din) qardaşlarının büdrəmələrinə güzəşt etməyi tövsiyə edirəm. Çünki ilk və axırıncı sərvər sənə belə ədəb öyrədib və buyurubdur: “Sənə zülm edənə güzəşt et və sənə əsirgəyənə əta et””.

İmam Sadiq (ə) buyurur: “Ataların övladları üçün miras qoyduğu ən üstün şey – ədəbdir, mal deyildir. Çünki mal aradan gedər və onun ədəbi isə qalar”.

İmam Sadiq (ə) buyurur: “Atam mənə 3 ədəb öyrətdi və 3 şeyi qadağan etdi. Üç ədəb bunlardır: Oğlum! O kəs ki, pis dostlarla yoldaş olar – sağlam qalmaz.

Hər kim danışığını kontrol etməz – peşman olar. Hər kim pis yerlərə daxil olar – bədgümanlığa məruz qalar.

Qadağan etdiyi üç şey: O kəslə dost olmaq ki, heç kəsin nemətini görməyə gözü yoxdur. O kəslə ki, başqasının müsibətini görəndə şad olar. Söz gəzdirənlə”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930