Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Mьəllif: admin1
Tarix: 1-03-2018, 22:58
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei Tehranda səfərdə olan Suriyanın vəqflər naziri Məhəmməd Əbdüssəttarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə Suriya barədə mühüm açıqlmalar verib: “Bu günlərdə Suriya cəbhənin ön sırasındadır. Bu səbəbdən Suriyadakı müqaviməti dəstəkləmək bizim vəzifəmizdir. Suriyanın prezidenti Bəşər Əsəd güclü və böyük bir döyüşçü olduğunu göstərdi. Özü heç bir şübhəyə qapılmadan ayaqda dayandı. Bu bir millət üçün çox mühümdür.

Günümüzdə həqir və xor baxılan müsəlmanlar əslində zillətə düşən bir millət deyil, əksinə, bunları idarə edən liderlər alçaqdır. Əgər bir millət İslam və öz kimliyinə malik olan lideri olsa, düşmənlər heç bir pis iş görə bilməzlər.

İslam İnqilabının baş verməsindən düz 40 il keçdi. İlk gündən etibarən, dünyanın bütün gücləri bizə qarşı bir cəbhədə toplaşdı. Həm ABŞ və Sovetlər Birliyi, həm də NATO qüvvələri və regiondakı ərəb dövlətləri hamısı birləşdilər. Bizi dağıtmağa çalışdılar, amma (gündən günə) özümüzü inkişaf etdirə bildik. Bu nə deməkdir? Bunun ilk mənası budur - böyük güclərin istədiyi heç nə qətiyyən mümkün olmayacaq.

Bütün bunların millətləri aydınladaraq, onlara güc və ümid verəcəyinə inanıram. İslam müqavimətini müdafiə edən millətlər kimi, qərarlılığımızda ciddi olsaq, düşmənlər bizlərə qarşı hər hansı bir pis işi etməyə cəsarət etməz”.
Deyerler.org

Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Ali dini rəhbər: “Böyük güclərin istədiyi qətiyyən mümkün olmayacaq” (Foto)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031