Heyvanların ruhunu kim alır?
Mьəllif: admin1
Tarix: 28-02-2018, 20:57
Heyvanların ruhunu kim alır?
Heyvanların ruhunu kim alır? Bu məsələ haqqında ancaq bəzi hədislərimiz bizə açıqlamalar vermişdilər ki, onları iki dəstəyə bölmək olur. Amma bu hədislərdə birbaşa deyilməmişdir ki, heyvanların ruhunu qəbz edən kimdir.

1. Bəzi nəzərlərə görə, bütün canlıların canını Əzrayil (ə) alır, eləcə də heyvanların da.

2. Bəzi nəzərlərə görə isə Allah bu iş üçün dörd mələyi məmur etmişdir.

Alimlər deyir ki, ölüm və həyat Allah Təalanın əlindədir. Ona görə də mələklər tərəfindən ruhların qəbz edilməsi kifayətdir.

Əllamə Məclisi bu haqda buyurur: “Hədislərimizin heç birində bu iki nəzər birmənalı təsdiq edilməmişdir. Ona görə də bu haqda nəzər verməkdə ehtiyat etmək lazımdır”.

Əzrayildən (ə) belə bir hədis nəql edilir ki, buyurur: “Mənim heç bir şeyin, hətta ağcaqanadın ruhunu qəbz etməyi belə Mənnan Allahın icazə olmadan etməyə qüdrətim yoxdur”. Bu hədisə əsaslanaraq deyirlər ki, heyvanların ruhunu qəbz etmək işi Əzrayilə (ə) tapşırılmışdır.

Başqa bir hədisdə oxuyuruq: “Salam olsun, ölüm mələyi olan Əzrayilə ki, bütün xəlqin ruhunu qəbz edəndir”.

Hər bir halda canlıların ruhu qəbz olunur və bu iş Allahın izni ilə baş verir. Lakin heyvanların ruhunun kimin tərəfindən qəbz edilməsi mövzusu məchul olaraq qalır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930