“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
Mьəllif: admin1
Tarix: 28-02-2018, 10:03
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
Həzrət Peyğəmbər (s) buyurur: “Bizim bu xəbərimiz (“Kisa” hədisi) bizim Əhli-Beyt (ə) davamçılarımızın və dostlarımızın olduğu məclislərdə oxunarsa, Allahın rəhməti onlara nazil olar.

Mələklər onları əhatə edər və onlar üçün bağışlanma istəyərlər, o zamana qədər ki, dağılarlar”.

Bu zaman Əmirəl-möminin (ə) buyurur: “Allaha and olsun ki, biz xilas olduq və Kəbənin Pərvəridigarına and olsun ki, bizim davamçılarımçılarımız da xilas oldular”.

Həzrət Peyğəmbər (s) buyurur: “Bu xəbər o məclisdə ki, bizim Əhli-Beyt (ə) davamçılarımız orada olar, zikr olunar – onların arasında qəmgin olanı varsa, Allah qəmini və qüssəsini aradan aparar. Əgər hacəti olan varsa, Allah hacətini yerinə yetirər”.

Alimlərin bu hədislə bağlı nəzərləri:

Ayətullah Təbrizi: “Bu hədis – həyata keçən hədislərdəndir və ümumi möminlərin, alimlərin və İmamların (ə) səhabələrinin nəzərində olmuşdur. Onda heç bir şübhə yoxdur”.

Ayətullah Gülpayiqani barədə nəql edilir ki, nə zaman bu alimin çətinliyi meydana gələrdi, həmişə bu hədisə təvəssül edərdi. Çətinliyi olan hər kim onun yanına gələndə, o, “Kisa” hədisinin bir nüsxəsini həmin şəxsə verib deyərdi: ““Kisa” hədisinə təvəssül edərək, öz çətinliyinizi həll edin”.

Əllamə Şeyx Ağa Bozorge Tehrani: “Bu hədis Əhli-Beyt (ə) davamçıları yanında böyük məqama malikdir. Onlar bu hədisə təbərrük edirlər. Əzəmət və cəlalına görə onu sinədən sinəyə qoruyurlar”.

Muhəmməd Cavad Yəzdi: ““Kisa” hədisi – hacətin yerinə yetməsi üçün mənəviyyat və feyz cəhətdən həyata keçən bir hədisdir, bütün bu bərəkətlər həmin məclisdə iştirak edən Allahın vasitələrinin hesabına həyata keçər. Ona görə də hər kim “Kisa” hədisi oxunan məclislərdə iştirak etmək istəyir, özünü elə aparmalıdır ki, sanki o dahi insanları bu məclisdə görür”.



/Deyerler.org/


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031