Zöhdün mənfi nümunəsi də olur
Mьəllif: admin1
Tarix: 27-02-2018, 21:33
Zöhdün mənfi nümunəsi də olur
Bəzən insanlar zahidliyin mənası barəsində xataya düşürlər və elə bilirlər ki, zahidlik əlini dünyadan tamamilə üzmək deməkdir. Halbuki, zahidlik dünya nemətinə tamah göstərmədən ondan düzgün istifadə etmək deməkdir.

İmamların (ə) zamanında da bu təfəkkürə malik olan bir çox firqələr yaranmışdı. Onlardan bəziləri var idi ki, hətta Məsum İmamların (ə) rəftar və əməllərini məzəmmət edir və onlara irad tuturdular. Çünki zöhdün həqiqi mənasından qafil idilər.

İmam Baqirin (ə) zamanında da bu cür yolunu azmış insanlardan biri yaşayırdı ki, adı Muhəmməd ibni Munkədər idi.

Həmin şəxs bir gün görür ki, İmam Baqir (ə) nökərləri ilə birlikdə öz tarlasını sahmana salmaq üçün evindən çıxır. O, İmama (ə) nəsihət vermək istəyir və Həzrətə (ə) deyir: “Ey Allah Rəsulunun (s) övladı! Əgər ölüm mələyi sizin bu halda ruhunuzu qəbz etsə, necə olarsınız?”.

İmam (ə) buyurur: “Allah ibadətlərindən birində olan halda. Çünki mən öz mal və mülkümü sahmana salıram və əkin əkirəm ki, sənə, başqalarına möhtac olmayam”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930