Kamil imanın nişanələri hansıdır? Bəs hansı sifətlər mömində olmur?
Mьəllif: admin1
Tarix: 26-02-2018, 21:29
Kamil imanın nişanələri hansıdır? Bəs hansı sifətlər mömində olmur?
Həzrət Peyğəmbər (s) buyurur: “Üç sifət vardır ki, əgər hər kimdə olarsa, imanın kamil olmasının sifətlərindən olar:

1. O kəs ki, şad olar, şadlığı onu batilə tərəf çəkməz.

2. Qəzəblənən zaman qəzəbi onu haqdan çıxartmasın.

3. Nə zaman qüdrət əldə edər, onun olmayana əl uzatmaz”.

Bəs həqiqi mömin kimdir? Məsumlarımızın (ə) buyuruşlarından bizə bəlli olur ki, həqiqi möminliyin təzahürü məhz ictimai münasibətlərdə təşəkkül tapır. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ehtiyacı olana maddi yardım edər və insanlarla insafla rəftar edər – bu cür insan həqiqi mömindir”.

Bəli, mübarək dinimiz buyurur ki, insanlara fayda verməyə çalış. Bu yüksək missiyaya motivləndirən buyuruşda Həzrət Peyğəmbərdən (s) nəql edilir: “Xəlq (yaranmışlar) – Allahın çörəkyeyənləridirlər. Ona görə də Allah yanında ən sevimli insan o kəsdir ki, Allahın çörəkyeyənlərinə fayda verər və ailəsini sevindirər”.

Bununla yanaşı, mübarək mətnlərdə yaxşı əməlin kamil olması çərtləri də çatdırılır. İmam Sadiq (ə) buyurur: “Yaxşı əməl kamil olmaz, məgər 3 şeylə:

1. Onu yerinə yetirmək üçün tələsmək.

2. Onu kiçik hesab etmək.

3. Onu gizli saxlamaq”.

Bəs hansı xüsusiyyətlər möminə xas olmur? Mömində olmayan 6 sifət barədə İmam Sadiq (ə) buyurur: “6 (sifət) mömində olmaz: sərtlik, xeyirsizlik, həsəd, tərslik, yalan və (haqqa) təcavüz”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930