Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir
Mьəllif: admin1
Tarix: 26-02-2018, 12:28
Valideynə yaxşılıq etmək – günahların bağışlanma səbəbidir
Valideynə yaxşılıq etməyin çox bərəkətli və səmərəli faydalarından biri günahların bağışlanmasıdır. O günahlar ki, bəndə ilə Pərvərdigari-aləmin arasında qalın bir hicab, pərdədir. Bu pərdə duaların qəbul olunmasının qarşısını alır, insanı ilahi dərgahdan, əla mələkut aləmindən zillət, alçaqlıq diyarına çəkir. Bu halda onun insaniyyəti xətərə düşür, Allah-taala bəndələrinə xidmətçi əvəzinə murdar və şeytani bir ünsürə çevrilir.

Agah və ayıq insanlar gec-tez günahlarına və sapmalarına görə tövbə etmək fikrinə düşürlər ki, bu böyük fəlakətdən nicat tapsınlar, öz həqiqi varlığını məhv etməsinlər, ilahi ədalət məhkəməsində mühakiməyə çəkilməsinlər, axirət əzablarına düçar olmasınlar. Valideynlə yaxşı rəftar edib onlara ehsan etmək günahların, xətaların bağışlanmasının ən mühüm amillərindən biridir.

İlahi insanlar bu təsirli amildən qafil olmamalı, ona səhlənkarlıqla yanaşmamalıdırlar. Çünki gözəl əməllər (Quranın təbiri ilə desək, həsənələr), günahları məhv edib aradan aparır. Valideynin haqqında ehsan, onların çəkdiyi zəhmətlər müqabilində təşəkkür etmək xeyir əməllərin ən gözəl nümunələri hesab olunur. Bundan əlavə, məsumların kəlamlarında aşkar şəkildə bəyan olunmuşdur ki, ata-anaya kömək etmək insanın günahlarını aradan aparır. Çoxlu hədislər bu həqiqəti açıqlayır.

İmam Sadiq (ə) buyurur: Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Allah-taala mənə bir qız verdi. Onu böyüdüb, kamala, həddi-büluğa çatdırandan sonra gözəl paltarlar geyindirib bəzədim, sonra onu bir quyunun yanına gətirib quyuya salıb öldürdüm. Ondan eşitdiyim son kəlmə “Ah, atacan!” naləsi oldu.

Bu kəbirə günahın kəffarəsi (cəriməsi) nədir? Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) buyurdu: Anan sağdırmı? Dedi: Yox. Həzrət soruşdu: Xalan sağdırmı? Dedi: Bəli. Həzrət buyurdu: “et, xalana yaxşılıq et, o sənin anan yerindədir. Sənin günahların bağışlanar.”

Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəlib ərz etdi: “Ya Rəsuləllah, elə bir günah yoxdur ki, onu görməyim. Mənim üçün bir yol, tövbə qapısı varmı ki, bu günahları aradan aparım? Həzrət soruşdu: Ata-anan sağdırmı? Dedi: Atam sağdır. Həzrət buyurdu: “Get, atana yaxşılıq et. O kişi gedərkən Həzrət buyurdu: Kaş onun anası sağ olaydı!”

Bu hədisdən aydın olur ki, ata-anaya yaxşılıq etmək bütün günahları bağışladır. Çünki o kişi Peyğəmbərə (s) ərz edir ki, bütün günah işləri görmüşəm. Rəsuli-Əkrəm də günahların kəffarəsi kimi atasına xidmət etməsini tövsiyə edir. Amma ana, atadan qabaq övladın zəhmətlərini çəkdiyinə görə anaya xidmət etmək günahların daha tez və asan bağışlanmasına səbəb olur.

(İSLAMDA AİLƏ HÜQUQU VƏ ÖVLAD TƏRBİYƏSİ KİTABI)

Hacı Rasim Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031