İslamda qan aldırmanın faydaları
Mьəllif: admin1
Tarix: 25-02-2018, 10:39
İslamda qan aldırmanın faydaları
Qabaqdan yaz ayı gəlir. Bu mövsümdə qan almanın çoxlu faydalarının olması bildirilir.

Bu münasibətlə Həzrət Peyğəmbər (s) və İmamların (ə) qan almaqla bağlı söylədiklərini diqqətinizə çatdırırıq.

Salman Farsi nəql edir ki, o zaman ki, bizlərdən kimsə baş ağrısından Həzrət Peyğəmbərə (s) şikayət etsəydi, Peyğəmbər (s) deyərdi: "Get, qan aldır".

Həzrət Peyğəmbər buyurur: "Qan almaq başdakı dəlilik, cüzam, daltoniya, ekzema və başağrı xəstəliklərinin dərmanıdır".

Möhsün Vəşşadan nəql edilir: "İmam Sadiqə (ə) qaraciyər ağrısından şikayətləndim. Həzrət (ə) ülgüc gətizdirib ayağımı çərtdi və dedi: "Sətəlcəm zamanı dağ zirəsinin suyundan iç".

Muhəmməd ibn Muskan Hələbidən nəql edilir: "İmam Sadiqin (ə) dostlarından biri Həzrətə (ə) dedi: "Ey Peyğəmbər (s) balası, mənim bir qızım var, ona ürəyim yanır, ondan ötrü çox narahatam. O, gecə və gündüzləri çox qorxur. Məsləhət bilirsənsə, onun sağalması üçün Allaha dua elə”.

Həzrət (ə) dua etdi və dedi: “Get, ondan qan al, faydası olacaq!”.

(Ayətullah Reyşəhrinin “Tibbi hədislər” kitabına əsasən)




(Allahverdi Əlizadə, “Dəyərlər”in oxucusu)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930