İmam Əlinin (ə) zəngin insana tövsiyəsi
Mьəllif: admin1
Tarix: 23-02-2018, 23:39
İmam Əlinin (ə) zəngin insana tövsiyəsi
“Nəhcul-bəlağə”də oxuyuruq ki, Əmirəl-möminin (ə) hökumət etdiyi zamanda Əla ibni Ziyanı görməyə gedir. O, zəngin bir insan idi.

Ömərin xəlifə olduğu zamandan Bəhreynə hökumətlik edirdi. İkinci xəlifənin qulağına çatır ki, onun əmirləri beytul-malı qarət edirlər. Ona görə də bir gün onları Mədinəyə çağırır və onlardan biri də Əla ibni Ziya idi.

O, yaxşı bilirdi ki, ikinci xəlifə kasıb görünən insanlara daha çox diqqət göstərir. Ona görə də nimdaş bir paltar geyinir və xəlifənin yanına gəlir. Ömərin nəzəri ona dəyir və ona çoxlu diqqət etməyə başlayır. Xəlifə onlar üçün dəvə ətindən yemək hazırlatmışdı.

Əla bu yeməkdən ləzzətlə yeyirdi, ancaq qalan əmirlər ehtiyat edirdilər. Ömər Əlaya sual verir və soruşur ki, aylıq orta xərcin nə qədər edir? Cavab verəndə ki, filan qədər, xəlifə deyir ki, çoxdur. Ondan başqa qalan əmirləri işdən azad edir.

O xəstə olan zaman İmam Əli (ə) onun ziyarətinə gedir və görür ki, geniş evə malikdir. Həzrət (ə) buyurur: “Bu geniş sarayı dünyada nə edirsən? Sən ona axirətdə daha çox möhtacsan.

Əgər bu sarayla axirətdə rahatlığa çatmaq istəyirsənsə, evinin qapısını açıq qoy və qonağı əziz tut. Qohumların və yaxınlarınla onda sileyi-rəhm et. Bu evin dini haqqını ehtiyacı olanlara ver ki, əgər belə etsən, cavidan saraya çatarsan”.

İmam (ə) bu nurani kəlamı ilə buyurur ki, bu dünya fani dünyadır və özlüyündə belə bir saraya malik olmaq – heç də insana fayda verməz. Ancaq əgər geniş evə maliksənsə, boynuna vəzifələr düşər ki, gərək onları yerinə yetirəsən.

Qonaq qarşılayıb, evində qohumlarına təam verəsən və yaxınlarına dəstək olasan. Evinin vacib haqqını yoxsullara əda edəsən və bu evdən xeyir işlər üçün istifadə edəsən.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930