Gözəllik qorunduqca, davamlı olur
Mьəllif: admin1
Tarix: 22-02-2018, 21:53
Gözəllik qorunduqca, davamlı olur
İnsan fitri olaraq gözəllik ardınca olar. Ona görə də hər cür çirkinliklərdən uzaq olmağa çalışar. Ancaq bu fitri və təbii meyil, bəzən unudulur. Çünki şeytani vəsvəsələr çirkin əməlləri insanın gözündə zinətləndirir.

“Və (xatırla) o zaman(ı) ki, şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi”. (“Ənfal” 48).

Şeytanın (lən) çirkin işlərindən biri də qadınları hicabdan uzaqlaşdırmaq istəməsidir. Hicabı qadınların gözündə qeyir-cazibədar qələmə verər və ona qarşı nifrət yaradar. Onlara təlqin edər ki, münasib olmayan geyimlərlə öz gözəlliklərini başqalarına göstərə bilsinlər. Halbuki, bu cür qadınlara ancaq nəfsi xəstə insanlar baxarlar.

İmam Əli (ə) buyurur: “Qadının qorunması onun salamatlığı üçün faydalıdır. Gözəlliyini daha davamlı edər”.

Aydın olan şey budur ki, qadın ancaq hicab vasitəsilə qoruna bilər.

Qadın ancaq iffətli olarsa, öz gözəlliyini qoruyub saxlaya bilər.

Ona görə də fitri gözəllikləri yada salaq və çirkinliklərdən qaçmağa çalışaq. Şeytanın bu rəzil vəsvəsələrinə qulaq asmayaq ki, qadınlar üçün hicab – ən gözəl qorunmaq vasitəsidir. Unutmayaq ki, qadın öz gözəlliyini hər nə qədər aşkar etmək istəyərsə, bir o qədər də şeytanı sevindirər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930