Mömini, mömin edən onun dili deyil, əməlidir
Mьəllif: admin1
Tarix: 22-02-2022, 23:35
Mömini, mömin edən onun dili deyil, əməlidir
Heç bir tərəzi insan qəlbinin pak və napaklığının səviyyəsini ölçə bilməz. Ancaq o zaman ki, mömin əməl meydanına daxil olur, imanının səviyyəsini aydın şəkildə göstərməyə başlayır. İmam Sadiq (ə) buyurur: “Bütün iman – əməl və işdir”. Ona görə də deyə bilərik ki, İslam və iman əməldə özünü göstərər.

Qurani-Kərimdə də bu həqiqətə dəfələrlə işarə edilmişdir.

“Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı(nın nəticəsi) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir”. (“Nəcm” 39-40).

“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir”. (“Zəlzələ” 7).

Ona görə də deyə bilərik ki, iman – əməldir. Qiyamət, cənnət və cəhənnəm də əməllərimizin yaratdıqlarıdır.

İmam Sadiq (ə) imanı əməldən ayıran insanlara belə buyurur: “Məlundur, məlundur o kəs ki, deyər iman əməldən başqasıdır”.

Allah Təala “Əsr” surəsində bütün insanları ziyanda görür və ancaq o kəslərin xilas ola biləcəyini söyləyir ki, imana və saleh əmələ malikdirlər. İslam cəmiyyəti o zaman güclü olar ki, onun nümayəndələri danışmaqdan çox, əmələ diqqət göstərsinlər.

“O kəslərə ki, əgər yer üzündə onlara qüdrət(hakimiyyət) və güc versək namaz qılar, zəkat verər, (insanları ağıl və şəriət tərəfindən) bəyənilən bütün işlərə vadar edər və (onları) hər bir nalayiq və çirkin işdən saxlayarlar”. (“Həcc” 41).

Əməl, müsəlman cəmiyyətinin müstəqilliyini təmin edən meyardır. Əgər cəmiyyət ondan uzaq olarsa, təhlükədə olar.

Beləliklə deyə bilərik ki, mömini, mömin edən onun dili deyil, əməlidir.

Əməl – insanın imanının nişanəsidir və hansı ölçüdə imana malik olduğunu göstərər.

Əməl, imanın tərəzisidir və bu tərəzi insanın qəlbindəki iman gücündən xəbər verər.

Əgər cəmiyyətin güclü olmasını istəyiriksə, gərək əmələ diqqət göstərək. Çünki, əməl sayəsində imanımızı qoruya bilərik.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930