280 il ömür sürən, amma evi olmayan Peyğəmbər (ə)
Mьəllif: admin1
Tarix: 20-02-2018, 21:42
280 il ömür sürən, amma evi olmayan Peyğəmbər (ə)
Saleh peyğəmbər (ə) haqqında Quranda 9 ayə mövcuddur. Onun dastanı haqqında da az da olsa, məlumat verilmişdir.

“Beləliklə, (Saleh) üzünü onlardan döndərdi və (onların cəsədlərinə xitab edərək) dedi: «Ey qövmüm, həqiqətən mən Rəbbimin tapşırığını sizə çatdırdım, xeyrinizi istəyərək sizə öyüd-nəsihət verdim, lakin siz xeyrinizi istəyərək öyüd-nəsihət verənləri sevmirdiniz»”. (“Əraf” 79).

“(Sonra, Salehin duası ilə dağdan dişi bir dəvə çıxdı və Saleh) dedi: «Bu, dişi bir dəvədir. (Bu bulağın) suyundan bir pay onunkudur və müəyyən bir günün payı da sizinkidir»”. (“Şüəra” 155).

Həzrət Saleh (ə) 16 yaşında peyğəmbərliyə çatır və 120 yaşına qədər öz qövmü olan Səmud arasında yaşayır. O, 280 il ömür sürmüşdür. Onun dəfn olunduğu məkanlar barəsindəki nəzərlər müxtəlifdir: Məkkədə, Şamın sahilində olan Əkkada, Qinnəsrində.

İmam Sadiq (ə) bu peyğəmbər barəsində buyurur: “Saleh öz qövmündən bir müddət gizləndi və gizlənən zaman xoş əndamlı, çoxlu saqqalı olan, orta boylu idi. Lakin o zaman ki, öz qövmünə tərəf qayıdır, siması dəyişmişdi. Ona görə də onu tanımadılar. İnsanlar üç dəstəyə bölündülər:

1. Bir dəstə onu inkar etdi.

2. Bir dəstə şəkkə düşdü.

3. Bir dəstə ki, yəqin bilirdi ki, o, Saleh peyğəmbərdir”.

Həmçinin nəql edilir ki, siması qırmızı və ağa çalan rəngi var idi. O, da Həzrət İsa (ə) kimi ayağına ayaqqabı geyinmirdi. Evi yox idi. Həmişə öz dəvəsinin yanında olardı. Peşəsi ticarət idi.

Həzrət Rəsuli-Əkrəmə (s) sual verirlər ki, Qiyamət günü kim sizinlə yanaşı, miniyə minəcəkdir? Həzrət Peyğəmbər (s) buyurur: “Mən, Əli (ə), Fatimə (s.ə) və Saleh (ə) peyğəmbər. Mən parlayan miniyə minəcəyəm.

Fatimə (s.ə) sabit bir dəvəyə, Saleh (ə) öldürülən həmin dəvəyə və Əli (ə) yüyəni yaqutdan olan behişt dəvəsinə minəcəkdir”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930