Əsrin İmamı (ə.f) insanların arasındadır
Mьəllif: admin1
Tarix: 6-12-2021, 23:06
Əsrin İmamı (ə.f) insanların arasındadır
Həzrət Qaimin (ə.f) mübarək varlığı bütün əsrlər boyu İlahi feyz vasitəsi olmuşdur.

İmamın (ə.f) sayəsində bütün xəlq olmuşlar Allahın rəhmətinə şamil olmuş və olmaqdadır.

İmamın (ə.f) bu dünyada gördüyü hər bir iş - Allahın əmri və çəkindirdiyi hər bir iş - Allahın qadağasıdır.

Onun razılığı - Allahın razılığıdır, qəzəbi - Allahın qəzəbidir. (Erfan)

Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, əziz İmamımız (ə.f) biz insanların arasında yaşayır.

İmam Sadiq (ə) Sahibi-Zaman (ə.f) haqqında buyurur: “O, Yusif (ə) peyğəmbər kimidir. Ona çox bənzəyir. O, qardaşları ilə söhbət edirdi, ancaq onu tanımırdılar.

O zamana qədər ki, özü deyir ki, mən Yusifəm. Ondan sonra onu tanıdılar.

Halbuki, onunla qardaşları və qəmli atası arasındakı fasilə 17 gündən çox deyildi. Onlar, ondan tanımazdan əvvəl bəhrələnmişdilər.

Tanıyandan sonra isə daha çox bəhrə apardılar.

Məgər Allah qadir deyildirmi ki, öz xəzinəsi ilə yer üzərində belə əməl etsin?

Həqiqətən də sizin Sahibiniz (ə.f) məzlumdur və zülm görmüşdür. Haqqı inkar edilmişdir.

Bu Əmrin Sahibi onların arasında yol gedir, bazarlarına gedib-gəlir, xalçalarının üzərinə qədəm basır, ancaq onu tanımırlar.

Məgər o halda ki, Allah ona özünü tanıtmaq üçün icazə versin”.

Əmirəl-möminindən (ə) gələn hədisdə oxuyuruq: “Əlinin Allahına and olsun! Allahın hüccəti onların arasındadır.

Onların küçə və bazarlarında addımlayır, evlərinə daxil olur, dünyanın şərq və qərbində səyahət edir, insanların dediklərini eşidir və onların cəminə daxil olur. Onlara salam verir və o, insanları görür.

Ancaq zühur və fərəcə qədər gözlərdən görünməzdir. O zaman ki, Allahın vədəsi gəlib çatar və ruh bəxş edən səma səsi eşidilər, həmin zaman Əli (ə) övladlarının və o Həzrətin (ə.f) davamçılarının şadlıq günü gəlib çatar”.

O günün intizarı ilə.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930