Dünyadan köçən insanları əziz İslam Peyğəmbəri (s) belə yad edərmiş
Mьəllif: admin1
Tarix: 5-12-2021, 22:21
Dünyadan köçən insanları əziz İslam Peyğəmbəri (s) belə yad edərmiş
İnsan düşüncə və mənəviyyat sahibi bir varlıqdır. Bu düşüncə və mənəviyyatın olması insanın bu bilinən vücudundan savayı başqa bir xəzinəyə də sahib olması deməkdir. Bu xəzinə insanın ruhudur. Quran bunu belə ifadə edir:

“Biz Allahdanıq və Allaha doğru dönəcəyik”.

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi əta olunur.” (Ali-İmramn169)

Təbii ki, Allaha doğru dönən insanın cürüyərək torpağa qarışan cəsədi deyil, onun həqiqətini təşkil edən ruhudur. İnsanın özü, həqiqəti olan ruhu bədəni tərk edərək dünyadan başqa bir aləm olan axirət yurduna yerdəyişmə edir.

Lakin bununla belə insanın gözü illərlə yaşadığı, miras qoyub getdiyi dünyada qalır. Çünki dünya bir vaxtlar onun evi olub. Həm də dünya qazanc yeridir.

İnsanın axirətdəki güzəranı dünyadakı “ticarətindən” aslıdır. Bu səbəbdən insan dünyadan köçsə belə gözü arxada qalır. Onların gözü biz yaxınlarının əlindədir.

Allah Rəsulu (s) buyurub:

“Meyyitin halı dünyada boğulan insanın halı kimidir. Nəyə olsa əl atar (ümid edər) ki, nicat tapsın.

Ölmüş kəs onun üçün dua edilməsinin intizarındadır. O öz atasından, övladından, qardaşından dua umar, intizar çəkər.

Sizin onlar üçün etiyiniz dualar onların qəbrinə böyük nur dağı kimi daxil olar. Onlara hədiyyə göndərmək dirilərin bir-birinə hədiyyə göndərmələri kimidir.

Kim ölü üçün bir bağışlanma diləsə, yaxud bir dua etsə mələk onun yanına gələr, edilən duaları hədiyyə şəkilində ona təqdim edər və deyər:

“Bu filan qardaşının, filan qohumunun sənin üçün göndərdiyi hədiyyədir.” Dünyada köçmuş şəxs bu hədiyyələr ilə şad və xoşhal olar.”

(İmam Ğəzzali: İhyaul-ulum)

Ölüm heç də yox olmaq demək deyildir. Əğər şəhidin ruhu yox olmursa demək heç bir ruh yox olmur.

“Allah yolunda öldürülənlərə “ölü” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu dərk etmirsiniz.”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031