Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 15-02-2018, 23:06
Həzrət Zəhranın (s.ə) məsum olmasının hikməti və səbəbi nədir?
Quran və hədislərə əsasən bütün peyğəmbərlərin (ə) və imamların (ə) məsum olmasına etiqadımız vardır. Məsumluq, yəni ismət məqamı günah və xətadan uzaq olmaq, ən yüksək ali mənəviyyat məqamına sahib olmaq, ömrünü sırf ilahi riza həsr etmək, Allahdan bir an qəflətdə olmamaq mənasındadır. Alimlər hətta ismət məqamını nəinki günahdan uzaq olmağa, günaha meyl etməmək mənasında da ifadə edirlər. Məsumluq ali mənəvi bir dərəcədir!

Ayətullah Seyyid Sistaninin dəftərxanasına Xanım Zəhranın (s.ə) məsum olmasının hikməti, səbəbi barədə sual ünvanlanıb.

Sual:

Belə bilir ki, ismət məqamı Allahın dinini, əhkamını insanlara çatdırmaq, onların hidayəti və mənəvi inkişafı üçün imam (ə) və peyğəmbərlərə (ə) Allah tərəfindən verilmiş bir mənəvi məqamdır. Elə isə Xanım Zəhranın (s.ə) məsum olmasının hikməti nədir? Halbuki Xanım (s.ə) deiyimiz vəzifələrə mükəlləf deyil.

Cavab:

Xanım Zəhranın (s.ə) ismət məqamına gəlincə, burada ismət peyğəmbərliyin və ya imamətin dövr alınması deyil ki, Xanım Zəhra (s.ə) imam və yaxud peyğəmbər olsun.

İsmət ilahi, mənəvi bir məqamdır. İnsan bunu Allaha yaxınlıq fəzilətiilə əldə edir. İsmət yalnız Allaha itaət və bəndəçiliklə əldə edilir.

Allah Təala bəndələri ilə Özü arasında höccətlər (dəlil, rabitə vasitəsi) qərar verib. Bu höccətləin də məsum olması zəruridir.

İmam Həsən Əskəridən (ə) belə bir hədis nəql olunub:

“Biz Allahın məxluqatına Onun höccətləriyik. Fatimə (s.ə) isə Allahın bizə (ə) olan höccətidir.”
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930