Məsumların (ə) tövbə və istiğfarı nə məna daşıyır?
Mьəllif: admin1
Tarix: 15-02-2018, 20:43
Məsumların (ə) tövbə və istiğfarı nə məna daşıyır?
İstiğfar və tövbənin dərəcələri və mərtəbələri vardır. Günahkar günahının bağışlanması üçün tövbə edər. Arif Allahdan qeyrisinə diqqət etdiyi üçün tövbə edər.

Məsumların (ə) etdiyi tövbə və istiğfarın dərəcəsi daha yüksəkdir.

Məsumlar (ə) – Allahın Cəmil zatında qərq olmuş insanlardır ki, Allahın rübubi məqamına kamil şəkildə diqqət edirlər. O zaman ki, öz əməllərinə nəzər salarlar, Allahın əzəməti qarşısında onu kiçik görüb, xəcalət çəkərlər. Sanki ona bənzəyir ki, bir qədər torpağa qarışmış suyu padşah üçün hədiyyə gətirmişdir. Ancaq onun əzəmətini gördükdən sonra gətirdiyi bu hədiyyədən xəcalət çəkər.

Rəhmətlik İmam (r) “Adabus-salat” kitabında yazır: “Əbu Cəhl, Əbu Süfyan və bu kimilərlə görüşən zaman küdurətə səbəb olardılar və Peyğəmbərin (s) qəlbini pasladardılar. Ona görə də Həzrət (ə), bu pası aradan aparmaq üçün tövbə və istiğfar edərdi.

Bu səbəbdən də deyə bilərik ki, İlahi övliyalar üçün istiğfar etmək – dəf etmək cəhətinə malikdir. Biz insanlar üçün isə aradan qaldırmaq. Yəni, biz insanlar istiğfar edirik ki, Allah bizi günahlarımıza görə bağışlasın. Ancaq onlar istiğfar edirlər ki, heç vaxt büdrəməsinlər və xata heç bir zaman soraqlarına gəlməsin.

Bundan əlavə istiğfar etmək onlar üçün ibadətdir. İlahi övliyalar ibadət və itaətlə ismət dərəcələrini artırırdılar. Çünki tövbə və istiğfarın onların dərəcəsinin yüksəlməsində rolu vardı”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930