Vacib namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatını deyən – bağışlananlardan olar
Mьəllif: admin1
Tarix: 15-02-2018, 20:41
Vacib namazdan sonra Həzrət Zəhranın (s.ə) təsbihatını deyən – bağışlananlardan olar
Gündəlik vacib namazlardan sonra tövsiyə edilən təqibatlardan biri də Həzrət Zəhranın (s.ə) təsbihidir.

İmam Əli (ə) buyurur: “Əcnəbi padşahlardan biri Peyğəmbərə (s) qul hədiyyə edir. Mən xanım Fatiməyə (s.ə) dedim ki, Həzrətin (s) yanına gedib, bir xidmətçi istəsin. Xanım gedir və bu məsələni Peyğəmbərə (s) deyir. Peyğəmbər (s) buyurur: “Fatiməcan! Sənə elə şey verim ki, xidmətçidən və dünyadan olanlardan daha yaxşı olsun? Namazdan sonra 34 dəfə “Allahu Əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Subhənallah” de. Sonra bu zikri Lə iləhə illəllah ilə sona çatdır. Bu sənin üçün istədiyin şeydən və dünyada olanlardan daha yaxşıdır”.

Biz hamımız yaxşı bilirik ki, Həzrət Peyğəmbər (s) - Allahın ən fəzilətli və üstün bəndəsidir. Həmçinin bu əqidədəyik ki, Həzrət Zəhra (s.ə) ən üstün xanım və ən üstün ana, həyat yoldaşıdır. Və ata əziz qızına hədiyyə vermək istəyəndə, ona ən dəyərli bir şeyi hədiyyə edər.

İmam Baqir (ə) buyurur: “Allah Həzrət Zəhranın (s.ə) təsbihi kimi həmd və sitayiş olunmamışdır. Əgər ondan yaxşısı mövcud olsaydı, Peyğəmbər (s) onu Həzrət Zəhraya (s.ə) bağışlayardı”.

İmam Sadiq (ə) buyurur: “Hər kim vacib namazdan sonra vəziyyətini dəyişmədən Həzrət Zəhranın (s.ə) təsbihatını edər, Allah Təala onu Öz məğfirətinə şamil edər”.

Bu təsbihi hər zaman demək tövsiyə olunur. Hətta yuxudan əvvəl belə. Pis yuxuları qovmaq üçün bu təsbihi yatmazdan əvvəl yerinə yetirmək tövsiyə olunur.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala Musaya (ə) buyurur: “Ey Musa! Əgər səmanı və bütün sakinlərini, yeddi qat yeri Mənim dərgahımda tərəzinin bir tərəfinə və “Lə iləhə illəllah”ı o biri tərəfinə qoysalar, həqiqətən “Lə iləhə illəllah” tərəfi o biri tərəfdən üstün olacaqdır””.

İmam Baqir (ə) buyurur: “Hər kim Həzrət Zəhranın (s.ə) təsbihini yerinə yetirər, ondan sonra tövbə edər - bağışlanmış olar. Həmin təsbih dildə yüzdür, tərəzidə isə min (savaba) malikdir. Şeytanı uzaqlaşdırar və Rəhman Allahı razı edər”.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930