Zubeyr Asinin tövbəsi
Mьəllif: admin1
Tarix: 14-02-2018, 21:50
Zubeyr Asinin tövbəsi
Sultan Mahmudun yaxınlarından hesab olunan Zubeyr Asi çox qan tökən və qəddar bir insan idi. Öz zülmü və fasiqliyi ilə məşhur idi.

Bir gün ova gedir və ovdan qayıdan zaman ibadət edən bir arifi görür.

Atından yerə düşür və onun yanına gedib salam verir. Ancaq Şeyx onun cavabını vermir. O, bir qədər əyləşir və sonra deyir: “Niyə mənim salamımı almadın, Allahın və Peyğəmbərin (s) əmrinə əməl etmədin?”.

Şeyx deyir: “Mən, Allahın və Peyğəmbərin (s) hökmünə əməl etdim ki, Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim zalıma salam verər, ixtiyarsız iman ondan gedər. Geri qayıtmaz 40 günə qədər”.

Allah zalımların və fasiqlərin əməllərindən qafil deyildir və o şeyi ki, edirlər, görür və bilir”.

Bu təsirli sözlər Zubeyrin qəlbinə təsir qoyur və daşlaşmış ürəyi qum kimi yumşalır.

Zubeyr deyir: “Ey böyük insan! Günahkarları yola gətirə bilən dəyərli nəsihət ver!”.

Buyurur: “Ey Zubeyr! Bil ki, Allahın iki aləmi vardır: biri qalıcı və biri fani. Yaxşı olar ki, fani olana baş əyməyəsən. Qalıcı aləmə nəzər salasan”.

Zubeyr bu moizəni eşidən kimi ağlayır və tövbə edir. Qərara alır ki, Kəbəni ziyarət etsin və ona görə də Məkkəyə yollanır. Allaha ibadət edir və haqq insanlarının cərgəsinə qoşulur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930