Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zamanın (ə.f) buyuruşu
Mьəllif: admin1
Tarix: 11-02-2018, 10:48
Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zamanın (ə.f) buyuruşu
İmam Zaman (ə.f) buyurur: “Bir halda ki, Əhli-Beyt (ə) davamçıları günahdan uzaq olarlar, əməllərinin sonu bəyənilmiş və yaxşı olar”.

Bu hədis – İmam Zaman ağanın (ə.f) Şeyx Mufidə yazdığı məktubun bir hissəsidir.

İmam (ə.f) mühüm nöqtəyə işarə edərək buyurmuşdur ki, əgər mənim davamçılarım aqibətlərinin xeyirli olmasını istəyirlərsə, Allah Təalanın qadağan etdiyi günahlardan uzaq olmalıdırlar.

Çünki hər bir əməl özünəməxsus təsirə malikdir. Nəfsimiz malik olduğumuz fikirlər və yerinə yetirdiyimiz əməllər sayəsində qurular. O kəs ki, günah etməkdən qorxmaz – baxmayaraq ki, o günah kiçikdir, yoxsa böyükdür, həqiqətdə öz varlığını qaraldar və zülmətə böyayar. Ona görə də nurlu və pak olan layiqli yerə daxil olmağa ixtiyarı yoxdur.

Günah – insan ruhuna düşən bir atəşdir. İnsan illər boyu səy göstərər və çoxlu savablar qazanmağa çalışar. Sadəcə bir günah etməklə bütün ömrü boyu hasil etdiyini bada verər.

Ona görədir ki, İmam (ə.f) bizi bu təhlükədən agah edir və aqibətimiz üçün nə qədər təhlükə yaratdığını bir daha xatırladır.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031